Yaponiyada donuz qripindən qorunmaq üçün yeni üsul tapılıb. Belə ki, Yaponiyaya məxsus bir şirkət virusdan qorunmaq üçün xüsusi kostyum hazırlayıb.
Geyimin əsas özəlliyi ondan ibarətdir ki, kostyumun parçasındakı liflərdə titanium dioksid mövcuddur. Bu kimyəvi maddənin A/H1N1 virusu da daxil olmaqla bütün virusların molekullarını dağıtmaq qabiliyyətinə malikdir. Eyni zamanda, titanium dioksid tütün qoxusu kimi qoxuları da azaltdığı barədə məlumat verilib.
Şirkətin sözcüsünün verdiyi məlumata görə, kostyum bu gündən etibarən Yaponiyanın 272 mağazasında 52 min 290 yen (yapon pul vahidi) məbləğində satışa çıxarılacaq.
|