Microsoft Excelin kitab və işçi vərəqləri
Excel sənədləri kitablar adlanır. Hər bir kitab
müvafiq işçi vərəqlərindən ibarətdir, bir qayda olaraq bu vərəqlər
əlaqəli məntiqi informasiyadan ibarət olur. Mauzun göstəricisini
Standart (Standard) menyusuna yaxınlaşdırın və Yeni (New) düyməsini seçin. Beləliklə siz yeni kitab yaratmış olacaqsız.
Yeni işçi vərəqi əlavə
etmək üçün mauzun göstəricisini vərəqin sərhəddinə gətirin və mauzun
sağ düyməsindən kontekst menyunu açın. Açılmış menyu pəncərəsindən Yerləşdirmək (Insert) əmrini seçin. Yerləşdirilmiş işçi vərəqinin Adı dəyişmək (Rename) əmrinin köməkliyi ilə dəyişdirilə bilər. Məsələn, əmrini çağırın və vərəqə "Hesabat" adını daxil edin.
Yeni işçi vərəqi əlavə etmək üçün Yerləşdirmək (Insert) menyusundan da istifadə etmək olar. Yerləşdirmək (Insert) menyusunu açın və İşçi vərəqi (Worksheet) əmrini seçin. Hər bir vərəq 65536 sətr və 256 sütundan ibarətdir.
Şablonlar Excel
sənədlərinin əsasını təşkil edir. Sizin ixtiyarınıza xeyli şablon
verilmişdir, belə ki, siz bu şablonların əsasında Excel sənədlərini
yarada bilərsiniz. Lakin şəxsi istək əsasında xüsusi sənədlər də
yaradıla bilər. Fayl menyusunda Yeni (New) əmrini seçin. Açılmış pəncərədən siz iş üçün istənilən şablon seçə bilərsininz.
Sətir və sütunlar
Hər bir Excel sətri sol kənardan sıralanır. Sətrin
bütövlüklə qeyd edilməsi üçün sıra nömrəsinin üzərində mauzu basın.
Adətən sətirlər müəyyən hündürlüyə malikdir. Əgər istəsəniz sətirlərin
hündürlüyünü dəyişə bilərsininz. Bunun üçün Format menyusunda Sətr (Row) altmenyusunu və daha sonra hündürlük (Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində "25" daxil edin. Gördüyünüz kimi sətrlərin hündürlüyü dəyişdi.
Bütün sətrlərin hündürlüyünü dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et
(Select All) düyməsini basaraq bütün sətirləri qeyd edin. Sonra mauzun
sağ düyməsini hər hansı bir xanada basın və açılmış kontekst menyudan Sətrin hündürlüyü (Row Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində "15" daxil edin.
Mauzun göstəricisini sətrlər arası sərhəddə gətirib mauzun düyməsini sıxmaqla sətrin hündürlüyünü əllə də dəyişmək olar. Format menyusunda Sətr (Row) və sonra Gizlətmək (Hide) əmrini seçin. Bu üsulla qeyd edilmiş sətrləri gizlətmək olar.
Excel sütunları
vərəqin yuxarı hissəsində 1 və ya 2 hərflə qeyd edilib. 1-dən 26-ya
qədər sütunlar A-dan Z-ə qədər hərflərlə növbəti 26 sütun AA və AZ və
s. ardıcıllığı şəklində göstərilmişdir. Sütunun bütövlüklə qeyd
edilməsi üçün sütunun adında mauzu basın. Adətən sütunlar müəyyən enə
malik olur. Sütunun adını qeyd edərək bütün sütunu seçin, mauzun
göstəricisini Format menyusuna yaxınlaşdırın və Sütun (Column) altmenyusundan En (Width) seçin. Yaranmış dialoq pəncərəsində "15" daxil edin. Sonunda seçilmiş sütunun eni dəyişir.
Bütün sütunların enini dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et (Select All) düyməsini basın və kontekst menyudan Sütunun eni (Column width) əmrini seçib, sonra "10" daxil edin.
Format menyusunun Sütun (Column) altmenyusundan Gizlətmək (Hide) əmrini seçin. Beləliklə, qeyd edilmiş sütunlar gizlənir.
Əgər daxil edilmiş
verilənlər xananın hüdudlarından kənara çıxırsa, sütunun enini artırmaq
olar. Bunun üçün kursor müvafiq sütunların sərhəddinə yerləşdirilir və
mauz 2 dəfə basın. Nəticədə, sütun lazımi enə malik olur.
Məsələn "Təsnifat"
sozünü daxil edin. Gördüyünüz kimi, həmin söz xananın hüdudlarından
kənara çıxır. Mauzun göstəricisini sütunların sərhəddinə yerlədirib,
mauzun düyməsini 2 dəfə basın. Beləlilə, sütun yeni enə malik olur.
|