Eyfel qülləsi Parisin ən tanınmış
dəmirdən hazırlanmış qülləsidir, eyni zamanda bütün dünyada Fransanın
simvolu halına çevrilmişdir. Bu ad isə ona bu qülləni inşa etdirən
firma olan Qustavo Eyfelin adından
əmanət qalmışdır. Tikilini konstruktor özü "300 metrlik qüllə” kimi
adlandırmışdır. Ən böyük turizm cazibələrindən biri olan Eyfel qülləsi
ildə 6 milyon turistin cəlb edilməsi ilə nəticələnir. 2002 – ci ildə
bütünlükdə bura gələnlərin sayı 200 milyona qədər çatmışdır.
Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir.
Eyfel qülləsi 1887 – 1889 cu illər arasında Qustavo Eyfelin firması
tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti
ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qeyd edək ki,
qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin
vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də
meydana atmışlar. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş
İntibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi.
Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində
yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də
Qustavo Eyfel idi.
Fikirlərdən birinə əsasən daşdan hazırlanmış monumental abidə
yaratmaq lazım olduğunu dedilər. Ancaq bundan əvvəl ABŞ – ın Vaşinqton
şəhərində bu tipli böyük abidə yaradılmışdı və onun hündürlüyü isə tam
169 m hesab olunurdu. Düşüncələrə görə daşdan hazırlanmış hər hansı
abidə bundan hündür ola bilməz, yaxud hazırlanması çox müddət almaqla
yanaşı, çətin bir proses olardı. Buna görə də həmin fikir tamamilə rədd
edildi. Nəticədə isə Qustavo Eyfel öz hazırladığı layihədə müxtəlif
dəyişikliklər etdi, həmçinin dekorasiyasını da qismən dəyişdirdi. Bu
böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa da Qustavo burada
elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır
vəziyyətdə olacaqdı. Qeyd edək ki, bu layihənin seçilməsində vaxt
problemi də qismən kömək oldu.
1889 – cu ildə hazırlanan Beynəlxalq sərgilər bürosunun təməli atılmış
və Qustavo Eyfel tərəfindən hazırlanmışdır. Əslində isə bu qüllənin
memarı Qustavo Eyfel deyil, isveçrəli Murico Koechin sifarişinə əsasən hazırlayan Stefen Sauvestredir.
Stevan həmin layihənin hazırlanmasında ona xüsusi görünüşün
verilməsində mühüm rol oynadı, çünki Parislilərin diqqətini cəlb etmək
üçün onun xarici görkəmi daha vacib rol oynayırdı. Bu insan öz peşə və
sənət yoldaşı olan Emile Nouguier ilə birlikdə bu nümunələri
hazırlamışdır. Qüllənin inşası tam 7 739 401 frank 31 sent tutmuşdur,
lakin Qustavo Eyfelin fikirlərinə görə isə bu maliyyə xərcləri 1
milyondan da yuxarı olmuşdur. 1889 – cu ildə açılış tarixindən əvvəlki
beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə il
sonuna qədər sərf edilmiş xərclərin ¾ çıxardılır. Beləliklə elə ilk
əvvəlki dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait
yaradan məkanlardan birinə çevrilmişdir.
1889 – cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən,
iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdir.
İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını
ifadə edirdi. 1900 – cu ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə
bəzədilir. 1925 – ci ildə isə maqnat Andre Sitroenin avtomobil
istehsalçısı kimi markası reklam olunmuşdur. Sitroen özü bu reklamı
"Alovlar içərisində Eyfel qülləsi” adlandırmışdır. Eyfeldə həmin vaxt
125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət
ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu
dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr
tam 1934 – cü ilədək davam etdi. 2000 – ci ilin yeni ili ilə əlaqədar
qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni
işıqdan hazırlanmış paltarını geyindi.
Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və
hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə
edildi.
3000 işçi 26 ay müddətində 18.038 ədəd dəmirdən olan parçaları 2,5
milyon hissələrdən istifadə edərək bir yerə yığmağı bacardı. Həmin
dövrdə bu qüllə inşa edilərkən bir dənə də olsun ölüm hadisəsinin
olmaması, istifadə edilən texnologiyaların zəif olması ilə müqayisə
edildiyinə böyük heyrət doğurur.
Ancaq qeyd edək ki, Paris xalqı bu müddət ərzində qülləni bir utanc
ləkəsi kimi görmüş və ona nifrət etmişlər. Bəzi sənətçilər buranı bir
yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi
qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi
şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bəzi insanlar isə
ədəbiyyatçı və sənətçiləri bir yerə yığaraq imza toplamış və
birliklərini bu qülləyə qarşı istifadə etmişlər. Həmin işdə 300
tanınmış şəxsin imzası olmuşdur.
Bunların arasında Aeksandr Düma, Şarl Quno və Qi de Mopasson da yer
almışdır. Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl memarlıq
nümunələrindən biri olaraq qəbul edilir. Parislilər bu abidəni Dəmir
qadın olaraq adlandırırlar. Əvvəlki dövrlərdə Eiffel qülləyə sadəcə 20
il ərzində idarə etməsi üçün səlahiyyət almışdı. Deməli 1909 – cu ildə
qüllə tamamilə sökülməli idi, lakin öz yüksəkliyinə görə əlaqə yaratmaq
üçün münasib idi və Atlantik okeanın da o biri tərəfi ilə əlaqələri
genişləndirmək bu tikili ilə mümkün olduğuna görə sökülməməsinə icazə
verildi.
Eyfel qülləsinin tikilməsi zamanı tam 300 – ə yaxın fəhlədən istifadə
edilmişdir. Tikintiyə başlamamışdan əvvəl layihəni tez bitirmək üçün
nəzərdə tutulmuş konstruksiyaların çoxu, xüsusən dəmirdən olan hissələr
bir – birinə geydirilmişdi. Eyfel 14 fevral 1887 – ci ildə "Le Temps”
qəzetinə verdiyi müsahibədə tikdiyi qüllənin hündür olması ilə yanaşı,
onun küləyə davam gətirməsinin də vacib yer tutduğunu xüsusi qeyd
etmişdir.
Eyfel qülləsi 300 m yüksəklikdədir. Zirvəsindəki televizor ötürücüləri
27 m daha yüksəkliyə qaldırılmasına yol açır. Hazırkı dövrdə çox geniş
istifadə olunan polad yerinə dəmirdən inşa edilmişdir, xüsusi
texnikalar sayəsində dövrümüzə qədər gəlib çıxmışdır. Qüllənin ilk
mərtəbəsinin hər dörd tərəfində onu yaradan fransız mühəndis, alim və
burada əməyi keçən müxtəlif insanların adları yazılmışdır.
200 000 m – dək ərazini əhatə edən Eyfel qülləsi hər 7 ildə bir 60
ton boya ilə rənglənir. Bu iş prosesi zamanı 25 rəngsaz məsuliyyət
daşıyır və onlar tərəfindən rəngləmə prosesi yerinə yetirilir, bu
çalışma tam 15 ay davam edir. Bu iş prosesi əsnasında tam 1 500 fırça,
5 000 sumbata kağızı və 1 500 iş paltarından istifadə edilir. Həmçinin
təhlükəsizlik məqsədi ilə 50 km uzaqlıqdan kəndirlər vasitəsilə xətt
çəkilir və giriş qadağan edilir. 20 000 metrlik yerdə isə qoruyucu
tordan istifadə edilir. Boyama təxminən 3 milyon avro dəyərində xərclə
nəticələnir. Zaman keçdikcə qüllənin rəngi qırmızıdan qəhvəyi rəngə,
sonra sarıya çalan qəhvə rənginə, lap sonralar isə hazırkı gümüşü
rənginə gəlib çıxmışdır. Qüllə boyanarkən üç rəngin tonundan istifadə
edilir. Ən açıq rəng zirvədə, ən tünd rəng isə tam aşağı hissədə
istifadə edilir.
Ancaq qeyd edək ki, bəzən qüllədə intihar vəziyyətləri də yaşanır.
Demək olar ki, indiki dövrə qədər 400 nəfər adam bunu gerçəkləşdirməyi
bacarıb. Müxtəlif zamanlarda bu cür işlərin yerinə yetirilməsinin
qarşısını almaq üçün platformaların arasına dəmirdən barmaqlıqlar
yerləşdirilmişdir.
Cəmiyyət üçün açıq elan edilmiş hissələr 57 m, 115 m və 276 m
yüksəklikdə yerləşir. Gələn ziyarətçilər üç liftdən istifadə edirlər,
xüsusən şimal, qərb və şərq istiqamətindəki platformalara bunlar
çatdırır. İlk mərtəbədə və ikinci mərtəbədə yeməkxana, restoranlar
mövcuddur. Ayrıca iki mərtəbədə isə Eyfel qülləsinin tarixini özündə
birləşdirən bir sərgi var. Ən üst mərtəbəyə çıxmaq istəyən hər bir
ziyarətçi ikinci mərtəbədə nəzərdən keçirilər və axtarılma aparıldıqdan
sonra tamam başqa liftə minməyə ona icazə verilər. Ən üst hissə həm
üstü açıq, həm də üstü bağlı bir platformaya sahibdir.
Qüllənin açılışından sonra ilk platformaya qədər 50 ziyarətçi daşıyan
iki hidrolik lift fəaliyyətə verilmişdir. Bunlar üçün lazımlı hidrolik
preslər 16 sütuna birləşdirilmişdir. Şimal qanadından başqa bir liftlə
ikinci mərtəbə çıxmaq mümkündür. II Dünya müharibəsi zamanı buranın iş
prosesində yaranmış problemlərlə əlaqədar bunlar tamamilə unuduldu və
Adolf Hitler qülləyə çıxmaq üçün yaylardan istifadə etmək fikrini irəli
sürsələr də alınmamışdır. Nəticədə o, Eyfel qülləsinin başına çıxa
bilməmişdir.
Buna görə də deyirlər ki, Hitler Fransanı zəbt etsə də Eyfeli tuta
bilmədi. Ancaq çox maraqlıdır ki, onun şəhəri tərk etməsindən bir neçə
saat sonra lift yenidən işləməyə başlamışdır. Adolf Hitler Ditrix fon
Koltisə Parisdə olan bütün tikililərlə yanaşı buranın da məhv
edilməsini ona əmr etsə də, çox qəribə haldır ki, o, əmri yerinə
yetirməmişdir.
1983 – cü ildə ikinci və üçüncü mərtəbələr arasında 1000 tonluq
eskalatorun yerini alan 4 yeni narıncı rəngli lift istifadəyə verildi.
Həmin eskalator isə 954 pillədən və 3 m genişliyində idi.
22 iyul 2003 – cü ildə qısa qapanma nəticəsində qüllənin zirvəsində,
yəni ən üst ziyarətçilərin qalxdığı platformada yanğın baş vermişdi.
Yanğın bir saat müddətində heç kim zərər görmədən söndürüldü.
Eyfel qülləsinin hazırlanmasından sonra Londonda da buna bənzər bir
tikili qurmaq üçün layihə başladılmışdır. Watkins Tower adı verilən bu
tikilinin inşası 1891 – ci ildə başlanmış olsa da, bu iş prosesi uğurlu
olmamış və nəticədə 1907 – ci ildə sökülmüşdür.
Deməli ümumiyyətlə bu qüllənin yüksəkliyi 300,51 m hesab olunur,
başındakı antenalarla birlikdə isə 324,8 m hesablanmışdır. Genişliyi
isə 124,9 m – dir. Dərinliyi də eyni ölçüdə hesablanmışdır. 3 mənzərə
mərtəbəsindən ibarətdir. Dəmirdən hazırlanmış, 7.300 ton polad
konstruksiyalardan istifadə edilmişdir, bütünlükdə ağırlığı isə 10.100
ton sayılır. Rəsmi verilmiş nəticələrə görə 1665 pillədən ibarətdir.
Hazırda dünyanın bir çox ölkələrində buna bənzər qüllələr tikilir.
Praqada əsl qüllədən 5 dəfə balaca tikilmiş Eyfel yaradılmşdır. Lionda
isə Eyfelin eynən üçüncü mərtəbəsinin tikilişi təkrarlanmışdır. 2005 –
ci ildə isə Parisin kəndlərindən biri olan Çelyabin vilayətində buna
oxşar ikinci bir qüllə tikilmişdir. Lakin həmin qüllədən əlaqə yaratmaq
üçün istifadə edilir. Tennesi ştatının şəhəri olan Perisdə də belə
formada tikili yaradılmışdır. Kiçik formada Qazaxıstanın Alma Ata
şəhərində, Neveda ştatının Las Veqas şəhərində, 2007 – ci ildə
Rusiyanın Krosnayarsk, Vladivastok hissəsində, 2005 – ci ildə Abakan,
yəni Xakasiya bölgəsində də bu tipli yerlər hazırlanmışdır.
Həmçinin bu qüllə ilə bağlı bir çox maraqlı məlumatlar da vardır.
Deməli 4 fevral 1912 – ci ildə Avstraliyalı Frans Reyşeld özü
hazırladığı paraşutla qüllənin 60 m hündürlüyündən tullanmaq istəyir və
havada olarkən paraşut açılmır. Çox təəəssüf olsun ki, onun bu hərəkəti
böyük bir kədərlə nəticələnir. 1925 – ci ildə isə kələkbaz Viktor
Lyustiq bu tikilini metalloma satmaq istəyir. Üçüncü mərtəbədən
baxarkən qüllənin ətrafındakı ərazilər günəşin şüalarının köməyi ilə
tam 140 km ətrafı görmək mümkün olur. Hazırda qüllədən televiziya,
radio stansiyası, həmçinin mobil telefonların əlaqəsi üçün istifadə
edilir. 2004 – 2005 ci illərdə isə 2012 – ci ilin Yay Olimpiya
oyunlarının bu şəhərə salınması üçün reklam yerləşdirilmişdi. 1989 – cu
ildə tikilinin tam 100 yaşı qeyd edildi. Parisdə baş verən ən güclü
küləklər belə bu qülləyə ziyan gətirmir, lakin isti günəş bura təsirsiz
ötüşmür. Hazırda Qüllənin üzərində olan mayak ora 1 yanvar 2000 – ci il
tarixində qoyulmuşdur və 80 km uzaqlıqdan görmək mümkündür.