Fatimeyi-Zəhra Məscidinin ətrafında gərginlik artıb. Polislər aksiyanın keçiriləcəyi yerə gələnləri maşından düşən kimi həbs edirlərArtıq 112-dən çox aksiya iştirakçısı həbs edilərək polis bölməsinə aparılıb. Həbs edilənlərə polis tərəfindən xüsusi qəddarlıq göstərilir. Polis əməkdaşları həbs etdikləri şəxsin cavan-qoca olmasına əhəmiyyət vermədən onları döyə-döyə maşına basırlar. Həbs edilənlərin şəxsiyyətlərini müəyyənləşdirməyə çalışırıq. Qeyd edək ki, aksiyada iştirak etməmələrinə baxmayaraq, ətraf binalarda yaşayan sakinlər polisin qəddarlığına və həbslərə etiraz əlaməti olaraq evlərinin eyvanlarından "Allahu Əkbər!", "Allah bəlanızı versin!", "Balalarınız zəlil olsun!" və sair bu kimi şüarlar səsləndirirlər... Əldə etdiyimiz son məlumata görə, bunlardan əlavə olaraq daha 37 nəfər həbs edilib ki, onların hansı bölmədə olduğu barədə məlumat əldə etməyə çalışırıq. Əlavə olaraq bildirək ki, həbs edilənlər arasında jurnalistlər də var ki, onlardan 2-si APA informasiya Agentliyinin, 1-i Yeni Müsavat qəzetinin, digər 2 nəfərin isə hansı mətbuat orqanlarının əməkdaşı olduğunu araşdırırıq.(Məmbə: Faxtxeber və Birlik)
|