Rəsuli-əkrəm
(s.ə.v.v.) buyurur: "Namazını yüngül sayanlar məndən deyil. Allaha and
olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz.
(Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və
lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən
sayılmaz)”
Mən layəhzuruhul-fəqih. c.1,s.206.
İmam Sadiq əleyhissalam buyurur: Əgər sizlərdən birinin qapısından bir
çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk
qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin
namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir
olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin
günahda qalar.
Biharul-ənvar /82/236.
İmam Sadiq əleyhissalam buyurur: Allaha edilən heç bir dua Məhəmməd və
onun Əhli-beytinə salavat göndərməyincə qəbul olunmaz. (…Yə`ni
Allahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd deməyincə).
Kafi /2/493.
İmam Sadiq əleyhissalam buyurur: Dünyada mö`minin duasının qəbul
olunmamasına, dünya əzab-əziyyətlərinə dözməsinə görə (axirətdə) o
qədər savab verilir ki, o, arzu edib deyər: Kaş dünyadakı dualarımın
heç biri qəbul olunmayaydı (və onların müqabilində axirət savabı
veriləydi).
Kafi /2/491.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz övladlarınızı üç şeylə tərbiyə
edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və
Qur`an oxumaqla.
Cameus-səğir /1/14.
İmam Sadiq əleyhissalam buyurur: Hər kəs bizim özümüzə yaxşılıq etməyə
qadir olmasa, əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi
ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda
onun üçün bizi ziyarət etmək savabı yazılacaq.
Biharul-ənvar /74/354.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Alimlər və elm öyrənənlər savabda
şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.
Biharul-ənvar /2/25.
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mə`lumatı olmadığı şeylərdə
xalqa fikir söyləyib, fətva versə dində edəcəyi xidmətdən daha çox
zərbə vurmuş olar.
Biharul-ənvar /2/121.