Mənim
Allaha və qiyamət gününə inamim o dərəcədədir ki, Allahla bəndə
arasında hicab götürülsə belə inamımda zərrə qədər dəyişiklik olmaz. *** Insanlar bu dünyada yatmışdırlar. Öldükləri zaman hər şeydən xəbərdar olarlar. *** Insanların öz ata-babalarından artıq zəmanələrinə oxşarlığı var. *** Öz qədrini bilən hər kimsəyə ölüm qorxulu deyil. *** Hər bir insanin qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür. *** Özünü tanıyan hər bir şəxs, Allahını da tanıyar. *** Hər bir adam öz dilinin arxasında gizlənmişdir. *** Dili şirin olan kimsənin qardaşları çox olar. *** Yaxşılıqla azad adamı da qul etmək olar. *** Danışanın özünə yox, sözünə daha çox diqqət ver. *** Bəla vaxtı qorxuya düşmək möhləti artırır və insanı savabdan azad edir. *** Zülümlə qələbə əldə etmək olmaz. *** Təkəbbürlü adamı heç kəs tərif etməz. *** Simicliklə ehsan bir yerə sığmaz. Yəni paxıl kimsə ehsan edə bilməz. *** Bədənin sağlamlığı çox yeməklə deyil. *** Əxlaqsız adamın şərəfi olmaz. *** Tamahkar adam haramdan əl çəkməz. *** Paxıl adamın rahatlığı olmaz. *** Yalan olan yerdə məhəbbət olmaz. *** İntiqam almaqla ağalıq tutmaz. *** Məsləhət ütməyən kimsə, mətləbinə nail olmaz! *** Yalançı şəxsin rəhm və mürvəti olmaz! *** Pəhrizkarlıqdan yaxşı ləyaqət ola bilməz. *** İslamdan yüksək şərəf yoxdur. *** Pəhrizkarlıqdan yaxşı pənahgah yoxdur. *** Tövbədən artıq şəhafət üdici yoxdur. *** Salamatlıq ən gözəl güyimdir. *** Nadanlıqdan bütər dərd yoxdur. *** Ağlın azlığından bütər xəstəlik olmaz. *** Dilinə nəyi öyrətsən, sənə o şeyi qayratır. *** Qaşqabaqlı, pisniyyətli olmaqla, ziyarət olmaz. Yəni elə ziyarətin faydası yoxdur. *** İnsan bilmədiyi şeyin düşmənidir. *** Allah rəhmət etsin o kimsəyə ki, öz qədrini bilib, həddini aşmaz. *** Üzrü təkrar ətmək, günahı təzələməkdir. *** İnsanlar arasında bir kəsə nəsihət etmək onun üçün danlaqdır. *** Ağlı kamil olan kimsə az danışar. *** Şəfaət edən kimsə ehtiyac sahibinin qanadıdır. *** Ayrılıq insan üçün zillət və xarlıqdır. *** Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-bağça kimidir.