Allah təala buyurur: Həqiqətən, şeytan sizin aranızda içki və qumar
vasitəsilə düşmənçilik və ədavət törətmək, sizi Allahın zikrindən və
namazdan qafil etmək istəyir. Məgər siz onlardan əl çəkməzsiniz? Maidə surəsi, ayə 91
Rəsulallah (s.a.ə.s) buyurub: Allah lənət etsin içkiyə, onu
hazırlayana, hədiyyə edənə, içənə, (qədəhə) süzənə, alana, satana,
pulunu yeyənə, onu həml edənə (daşıyana) və içki düzəltməyə yardım
edənə. Biharul-ənvar, cild 79,səh.126
Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs içki içsə, iman nuru onun qəlbindən çıxar. Kənzul-ummal, cild 5, 13180-cı hədis
Rəsulallah (s.a.ə.s) buyurub: Heç zaman içki ilə iman insanın qəlbində bir yerə yığışmaz. Biharul-ənvar, cild 79,səh.152
Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs qəlbində olan Quranın 1 ayəsini
və ya 1 sözünü içki ilə aludə etsə (murdarlasa), Qiyamət günü Quran
onunla düşmənçilik edər. Biharul-ənvar, cild 79, səh.148
Rəsulallah (s.a.ə.s) buyurub: Bəndənin dini-imanı içki içməyənə qədər
genişlikdədir (əmin-amanlıqdadır), içki içərsə Allah təala onun
pərdəsini yirtar. Şeytan isə onun dostu və gözü-qulağı olar, onu hər
bir şərrə tərəf çəkər və hər bir xeyir işdən çəkindirər. Nəhcul fəsahə, 2291 – ci hədis
Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs içki içənə salam vərsə, yaxud
onunla görüşüb-öpüşsə və ya onunla qol-boyun olsa, Allah təala onun 40
illik əməlini aradan aparar. Biharul-ənvar, cild 79, səh.151
Rəsulallah (s.a.ə.s) buyurub: Yəhudi və xristian ilə qonşuluq, içki
içən ilə qonşuluqdan yaxşıdır. İçki içənə sədəqə verməyin, çünki ona
sədəqə vermək peşmançılıqdır. Biharul-ənvar, cild 79,səh. 151
Rəsulallah (s.a.ə.s) vəfat edən zaman buyurub: Namazı yüngül sayan adam
məndən deyildir. Allaha and olsun ki o, Kövsər hovuzuna girməz.
Kefləndirən şeyi qəbul edən şəxs məndən deyildir. Allaha and olsun ki
o, Kövsər hovuzuna girməz. Biharul-ənvar, sild 79,səh.126
Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəsin Allaha və Qiyamət gününə imanı varsa, gərək içki içilən süfrə başında oturmasın. Biharul-ənvar, sild 79,səh.126
Rəsulallah (s.a.ə.s) buyurub: İçki içən məl’undur, bütlər quludur. O, Qiyamət günündə Fir’on və Haman ilə məşhur olar. Biharul-ənvar, sild 79
Rəsulallah (s.a.ə.s) buyurub: And olsun məni haqq olaraq məbus edənə,
içki içən susuz və sərkərdandır, qəbirdədə susuz olar, Qiyamət günü
qalxandada susuz qalxar və 1000 il "Yandım” – deyə bağırar.(Qiyamətin 1
günü dünya vaxtının 66 ilinə bərabərdir. 1000 ili siz təsəvvür edin!) Biharul-ənvar, cild 79,səh. 147
Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs içki içsə, 40 gecə namazı qəbul
olunmaz, əgər tövbə etsə Allah təala qəbul edər (bunu 3 dəfə buyurdu).
Əgər sonradan günaha qayıtsa yetər ki Allah ona "nəhrul-çinal”
içirtsin. Soruşdular: Nəhrul çinal nədir? Buyurdu: Cəhənnəm əhlinin
qanının çirkabıdır. Kənzul ummal,cild 5,13704-cü hədis
Rəsulallah (s.a.ə.s) buyurub: Ey İbni Məsud! Məni haqq olaraq məbus
edən Allaha and olsun, bir zaman gələr ki, adamlar içki içmək üçün
tələsərlər. Allah, onun mələkləri və camaat hamısı birlikdə onlara
lənət edərlər. Mən onlardan bezaram, onlar da məndən bezardırlar. Biharul ənvar, cild 79, səh.125
Əba Əbdillah ə. Buyurub: Həqiqətən Allah təala şərr üçün çoxlu qıfılların açarını içki qərar veribdir. Biharul ənvar, cild 79, cəh.139
Rəsulallah (s.a.ə.s) buyurub: And olsun məni haqq olaraq məbus edənə,
içki içən qiyamət günü üzü qara, gözləri göy, dodağı əyri və ağzının
suyu ayaqlarınadək axan halda gələr, onu görənlər ondan iyrənər. Biharul ənvar, cild 79, səh.147
Rəsulallah (s.a.ə.s) buyurub: İçki içən qəbirdən qalxarkən 2 gözləri arasında "Allahın rəhmindən məyusdur” yazılmış olar. Kənsul ummal, cild 5, 13958-si hədis
Rəsulallah (s.a.ə.s) buyurub: İçki içənə mənim şəfaətim yetişməz. Allaha and olsun ki, o, Kövsər hovuzuna girməz. Vəsailuş-şiə, cild 17, səh.221
Rəsulallah (s.a.ə.s) buyurub: Qiyamət günü Allah 4 dəstə adama baxmaz:
aqq-valideynə, minnət qoyana, qədəri danana və daim içki içənə. Biharul ənvar, cild 79, səh.129
Rəsulallah (s.a.ə.s) buyurub: İçki bütün pisliklərin anasıdır. Hər kəs
içki içsə 40 gün namazı qəbul olunmaz və içki qarnında ölsə, cahiliyyət
dövrünün adamları kimi ölər. Kənzul ummal, cild 5, 13187-ci hədis
Rəsulallah (s.a.ə.s) buyurub: Hər kəs gecəni sərxoş halda küçirsə, şeytanın gəlini kimi gecəni keçirib. Biharul ənvar, cild 79, səh.148
Rəsulallah (s.a.ə.s) buyurub: 4 şeydən biri evə daxil olsa, onu viran
qoyar və daha xeyir-bərəkəti düzəlməz: xəyanət, oğurluq, içki içmək və
zina (kişinin qadına, qadının öz ərinə xəyanət etməsi). Biharul ənvar, cild 79, səh.125
Hello dear friend, I would like to offer placement of your link (or links) on different platforms of the internet such as: forums, blogs, comments and much more. . .
Increase your Visibility Boost Your Seo Rank - Get Organic Traffic From Google. Ranking in Google isn’t hard. All you need is a healthy number of backlinks from referring domains that have authority and trust in Google’s eyes.
This Backlinks Service Benefits:
1. Easily get Google rankings
2. Get a lot of traffic from Google
3. You can earn from the website in different ways