Britaniyanın
"Brand Finance” agentliyi 2010-cu ildə dünyanın ən bahalı brendlərini
müəyyənləşdirib. Agentliyin mütəxəssisləri birinciliyi ticarət
şəbəkəsinin nəhəngi "Wal-Mart” brendinə layiq bilib. Müvafiq marka 41,4
milyard dollar həcmində qiymətləndirilib. İkinci isə 36,2 milyard
dollarla internet-axtarış nəhəngi olan "Google" brendi olub. Siyahının
üçüncüsü isə 34,8 milyard dollarla "Coca-Cola" şirkəti olub.
Siyahının ilk onluğuna IBM, Microsoft, GE, Vodafone Telecoms, HSBC, hp və Toyota brendləri də daxil edilib.
Qeyd edək ki, bir sıra brendlərin sıralanmasında dəyişiklik olub. Belə
ki, İspaniyanın "Santander" şirkəti 41-ci yerdən 20-ci yerə yüksəlib.
"Brand Finance" şirkətin brendini 25,6 milyard dollar həcmində
qiymətləndirilib.
"Brand Finance”in məlumatına görə,
dünyanın 500 iri brendinin sayı 26 faiz artıb. Agentlik
mütəxəssislərinin hesablamarına əsasən, Rusiyada ən bahalı brend
"Sberbank"dır. Qeyd edək ki, Rusiya ötən il 147-ci sırada yerləşirdisə,
bu il artıq 57-ci yerə qalxa bilib. Rusların "Qazprom", "Beeline",
"Lukoyl" brendləri də reytinqdə yer ala bilib.
Xatırladaq ki, ötən il dünyada 100 ən bahalı brendlər sırasında liderliyi "Coca-Cola" əldə edə bilmişdi.
|