İnsan piyini “qırış əleyhinə krem” kimi satan dəstə tutuldu
[
]
2009-12-11, 8:03 PM
Peru polisi ötən həftə insanları öldürüb onların bədənindəki yağı "qırış əleyhinə krem” kimi satan dəstəni yaxalayib. Dəstə rəhbəri olaraq bilinən Hilarió Cudeña Simon öz cinayətlərində qədim dövrlərdən bəri yayılan hekayələrdən yararlandıqlarını bildirib. Cinayətkarlar öz qurbanlarını oğurlayıb, Peru cəngəlliklərində qətlə yetirirlərmiş.
Həbs edilən 2 nəfər dəstə üzvü 5 nəfəri qətlə yetirdiklərini etiraf etsədə, Polis bu il ərzində Huánuco da yoxa çıxan 60 nəfərin də cinayətin qurbanı olduğunu istisna etmir.
Verilən melumata görə dəstənin 2 nəfər üzvü avtobus dayanacağında yaxalanıblar. Onların üzərindən içərisində yağ olan 2 ədəd şüşə götürülüb. Tutulan şəxslər bildirib ki, şüşələrdən hər birinin qiyməti 36.000 £ -(funt sterlinq) olub.
P.S. Mənim fikrimcə bu insan qəddarlığının daha bir isbatıdır...Fikirlərinizi bildirməyi unutmayın.