IP-ünvan.İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 208.220.230.4 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir. Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.fanxezer.tk Burada www(world wide web) fanxezer domen .az isə birinci səviyyəli domendir.Internetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://www.mywebchat.tk. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir. Ekranda göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur: com - | kommersiya ilə məşğul olan təşkilatlar | edu - | təhsillə məşğul olan təşkilatlar | org - | kommersiya ilə məşğul olmayan təşkilatlar | gov - | hökumət təşkilatları | mil - | ABŞ -ın hərbi təşkilatları | int - | beynəlxalq təşkilatlar | net - | şəbəkə xidmətləri göstərən təşkilatlar |
Məsələn: www.nokia.com ; www.openbook.org ; www.ntk.net. Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var. Birinci səviyyəli coğrafi domenlər az- | Azərbaycan | de - | Almaniya | fr - | Fransa | se - | İsveç | ru - | Rusiya | jp- | Yaponiya | us- | ABŞ | tw- | Taywan | tr- | Türkiyə | ua- | Ukrayna | ro- | Ruminya | kz- | Kazaxıstan | tk- | Takilao | ge- | Gürcüstan | uk- | Böyük Britaniya və sair. |
Məsələn: www.president.az; www.iworld.ru
Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti.İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir. İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir. 1 Kilobit » 103 bit 1 Meqabit » 106 bit 1 Giqabit » 109 bit 1 Terabit » 1012 bit İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud) ) ölçülür. Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir. Bu da bizim 4 və 5-ci dərsliyimiz. Növbəti dərsliklər də yazacam. Fikirinizi bildirməyi unutmayın...
|