Dəlixanada dəlilərə pyes oxudulur.
Oxuyub qurtarandan sonra dinləyicilərdən fikirlərini öyrənirlər. Biri
ayağa durub deyir: «Pyes xoşuma gəldi. Ancaq orda personajlar yaman çox
idi».
Bu dəm sanitar içəri girib soruşur: «Dəlilər, telefon kitabını kim götürüb?»
Dəlinin biri yolun kənarındakı uçurumda durub
aşağıya baxaraq "13, 13, 13...." deyə qışqırır. Oradan keçən biri,
dəlinin nə etdiyi ilə maraqlanır., yanaşaraq deyir " nə olu...." deyə
bilmədən dəli onu birdən uçurumdan aşağıya atır və davam edir "14, 14,
14......"
Dəliləri təyyarəyə mindirirlər, bir
şəhərdən başqasına aparırlar.Amma təyyarədə o qədər səs-küy edirdilər
ki, axırda pilot dayanamayıb, təyyarəni ikinci pilota təslim edərək
içəri gedir nə baş verdiyini bilmək istəyir.
Dəlilər təyyarədə hamısı bir ağızdan bağırıb, çığırırlar..Amma ən başda, bir dəli,o birilərinə baş qoşmur dinməz oturub.
-Sən niyə səs salmırsan? deyə soruçur.
Dəli :
-Mən bunların "müəllimiyəm", deyə cavab verir. Onlar da mənim "şagirdlərimdi". İndi tənəffüsdür ona görə səs salırlar.
Pilot, çarəsiz yerinə qayıdır. Bir müddət keçir ki, səslər tamamilə kəsilir.
Pilot:
-Çok gözəl! deyə sevinir. Hərhalda özün müəllim hesab edən dəli, onlara dərs keçməyə başlayıb.
Amma dəqiqələr keçir, arxadan heç bir səs-səda çıxmır. Pilot bir az daha gözlədikdən sonra narahat olmağa başlayır. Gedib baxır.
Bir də görür ki, qapı açıq və içəridə "müəllimdən" başqa heç kim yoxdu.
Dəhşətlə soruçur :
-"Şagirdlərin" haradadır?
-Dərslər qurtardı. Hamısını evlərinə göndərdim!
İki dəli xəstəxanadan qaçmağa qərar
verirlər, gecə olan kimi plan hazırlayıb qaçırlar və ertəsi gün
xəstəxanaya təkrar dönürlər, dostlarıları soruçur niyə qaçdınız və
yenidən təkrar geri gəldiniz? Dəlilər cavab verir dünən məşq etdik,
sabah qaçacıq.
Psixiatrik xəstəxanaya yeni gələn həkim, xəstələri ziyarət edirdi. Birinə yaxınlaşıb sual verir:
-Sizin adınız nədi?
-Həsəndir.
-Soyadınız?
-Sultanoğlu.
Həmin anda yanındakı dəli? :
-Inanma inanma həkim, yalan danışır mənim belə oğlum yoxdur.
Psixiatrik xəstəxanada bir dəli özünü
ayağından tavana asır. Həkim səbəbinini soruşduqda: Dostumuz özünü
lampa hesab edir: dəlilər deyir. Həkim endirilməsini istəyincə
- Amma onda biz qaranlıqda qalarıq...!
Psixiatrik xəstəxanadan qaçan iki dəli,
qarşıdan gələn gözətçini görüncə iri gövdeli bir çinarın arxasına
gizlənirlər. Gözətçi, onların ayaq səslərini eşib. Soruçur:
- Kim var orda?
Ağacın arxasından biri pişik kimi miyoldayır. Bu məharətli miyoldamadan
sonra gözətçi çıxıb gedirdi ki, dəlilərin ayaqları altındakı yarpaqlar
xışıldadı.Gözətçi geri dönüb yenə səsləndi:
- Kim var orada?
ikinci dəli cavab verir:
- Bir pişik daha.
Qatil, günahını etiraf etdi, Prokuror da vəziyyət və faktları münsiflər heyətinə çatdırdı. Bir az
sonra münsiflərdən biri qərarı elan etdi:
-Müddəhim günahsızdır...
Prokuror:
-Bu necə olur!... Adam, mən qatilim deyir günahını etiraf edir sizdə günahsızdır qərarı verirsiz...
Görəsən,günahsızdır qərarını neyə söykənərək verdiniz?
-Dəlilik, dəlilik ..
Prokuror bütün münsiflər heyətin tək-tək süzdü. Başın yelləyərək :
-Doğrudan? On ikinizdəmi?..