1. Ana-bala söhbət edirlər. Bala anadan soruşur:
- Ana, mələklər uçur?
- Aha bala uçur.
- Bütün mələklər uçur?
- Bəli balam
- Bəs onda bizim qulluqçu qız niyə uçmur?
- Qulluqçu qız niyə uçmalıdır ki ay mənim ağıllı qızım?
- Nə bilim ana, atam həmişə onunla danışanda mələyim deyir axı.
Ana hirsli halda durur ayağa:
- Demək belə, onda az sonra 100% uçacaq! ))
2. Azərbaycan dili dərsində müəllim şagirdlərdən soruşur:
- Mən gözələm deyirəmsə bu hansı zaman formasındadır? Uşaqlar xorla cavab verir: - keçmiş zaman ay müəllim! :))
3. Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə
bir nehrəmli keçib 1ci sıradan deputatın yerində oturur. Təyyarədə
oturan adamlar nə qədər edirsə onu durquza bilmir. Bir uşaq deyir icazə
verin mən onu durquzum. Yaxınlaşıb nə deyirsə nehrəmli keçib tez ikinci
sırada oturur. Hamı təəccüblənir uşaqdan soruşurlar: sən ona nə dedin
ki? Uşaq: Heç dedim ki birinci sıra Naxçıvana getmir))
4. Bir gün arvad türmədə yatan oğluna
məktub yazır: -Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür,
bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm.. Oğul cavabında yazırki,
Ana nə badə həyətdəki bostanı qazasan, həm özüvü bədbəxt edərsən,həm də
məni.. Bu söhbətin üstündən bir müddət keçir, anası yenidən məktub
yazır:- Oğul sənin məktubundan sonra bir tolpa polis gəldi həyəti qazıb
getdi,amma heç nə tapa bilməyib söyə-söyə getdilər... Oğlu da cavab
yazırki Ana həyəti mən qazdırdım Kartofu isə özün ək!!!i-))))
5. Bir kişi çox içir. Dəhşət çox içən
olur. Arvadı deyirki birdə içsən sən evə gəlsən qapı açmıyacam. Kişi
bir gün də bərk içir gəlir qapını döyür. Arvadı deyirki kimdi? Kişi
deyir mənəm. Arvadı deyirki sənə demişdim axı birdə içsən qapını
açmıyacam. Kişi bilmir nə bəhanəynən evə girsin. Deyirki ay qəşəng qız
sənin üçün gözel gül almışam aç qapını verim. Arvad gül sözünü eşidib
həvəslənir açır qapını. Açır görür kişinin əlində gül yoxdu deyir bəs
hanı gül? Kişi də deyirki bəs hanı qəşəng qız?)))
6. Bir nəfər qarpızla bal yeyirmiş bunu
görən həkim dostu deyir: -qardaş qarpızla bal tutmaz xestələnərsən.
dost: -heç nə olmaz. Bir az sonra həkim eşidir ki, dostu bərk
xəstələnib.Gəlir yanına və deyir: -Mən sənə demədim qarpızla bal
tutmaz? Dost: -Elə deyil, əgər onlar tutmasa idi əl-ələ verib məni bu
günə salmazdılar))
7. Bir kişi olur. Bu kişi deputatlığa
namizəd olmaq istəyir. Bir gün kafedə 1 litr arağı tək içdikdən sonra
durur gedir nazirliyə. Bir qapıya yaxınlaşır. Amma bu nazirlik yox adi
bir ev qapısı olur. Qapını açır görür ki içəridə 10-15 adam oturub. Və
bərkdən qışqırır! Məni deputat edin!!!
İçəridə isə 1 nəfər olur. Kişi sərxoş olduğu üçün 15 nəfər görür.
İçəridə oturan kişi yavaşca başını qaldıraraq sərxoşa cavab verir:
Xahiş edirəm bir-bir gəlin. Hamınıza birdən baxa bilmərəm.))))))
8. Bir gün müfəttiş dəlixanaya gəlir. Qapının
ağzına çatanda görür ki, 5-10 dəli bir birinin köynəklərindən tutaraq
ona yaxınlaşır. Ən qabaqdakı müfəttişin yanında dayanıb deyir:
-Hara gedirsən?
Müfəttiş:
- direktorun otağına.
Dəli deyir. Mən avtobus sürürəm. Arxamdakılar da sərnişin. Bu avtobus
direktor kabinetinin yanından keçir. Min avtobusa aparım səni də.
Müfəttiş bunlara qoşularaq gedir. Gəlib direktorun yanına çatanda dəli
deyir. 2 manat! Müfəttiş qorxaraq verir. Sonra direktorun otağına daxil
olur. Əsəbi halda deyir:
- Bu nə deməkdir? Sizin dəliləriniz mənim pulumu aldılar!!!
Direktor cavab verir: Hansı dəli? Mən taksi sürücüsüyəm. Əyləşin taksiyə. Gedək göstərin mənə o dəlini ))))
9. Nazir olan mədəniyyətsiz biri
şoferindən soruşar. "Şofer söylə baxaq eşşəklə şofer arasında nə fərq
vardır? " Şofer bir müddət düşündükdən sonra xəcalətli bir şəkildə;
"Bilmədim nazirim" deyir Nazir cavab olaraq: "Eşşəyə çüş deyincə,
şoferə isə dayan deyincə dayanar" demiş. Bunun üzərinə şofer çox
əsəbiləşmiş amma qarşıdakı nazir olduğu üçün bir şey söyləyə bilməmiş.
Müəyyən bir müddət sonra bu dəfə şofer nazirə: "Bir sual soruşa
bilərəmmi nazirim?" deyər. Nazir də: "Soruş baxaq" deyər. Şofer
soruşar: "Eşşəklə nazir arasında nə fərq vardır?" Nazir bir müddət
sonra: "Tapa bilmədim şofer söylə baxaq" deyir. Bunun üzərinə şofer də:
"Vallah nazirim mən də tapa bilmədim.