1. Bir dəfə Çaplindən soruşurlar:
- Öləndən sonra harada olmağınızı arzurladınız - Cənnətdə və ya Cəhənnəmdə?
Aktyor deyir:
- İqlim Cəhətdən,əlbəttə cənnət yaxşıdır.O ki, qaldı yaxşı cəmiyyətə,şəksiz cəhənnəm yaxşıdır.
2. Bir şəxsi mühakimə edirlər.Hakim soruşur:
- Boynunuza alırsınız ki,qonşunuzun klarnetini oğurlamısınız?
- Bəli boynuma alıram.Oğurlamışam.
- Siz klarnet çalansınız?
- Ömrümdə əlimə almamışam.
- Bəs o klarneti nə üçün oğurlamısınız?
- Məsələ burasındadır ki,mənim qonşum da heç klarnet çalmağı bilmir,ancaq səhərdən axşama kimi çalır.
3. Ərlə Arvad Sözləşirlər.Arvad deyir:
- Mən Əminəm ki,o dünyada cənnətdə arvadlar kişilərdən ayrı olurlar.
Əri cavab verir:
-Əlbəttə,elə olmasaydı,ora cənnət olmazdı ki!
4. Bir oğlan bir qıza vurulub atasına yazır:
"Əziz ata,mənə 10 şilinq göndər,sevgilimlə birlikdə şəklimizi çəkdirib sənə göndərim".
Ata yazır:
"5 şilinq göndərirəm.Qızın şəklini çəkdir göndər,səni mən onsuzda yaxşı tanıyıram.
5. - Arvadın Mahnı oxuyanda sən nə üçün həmişə çıxıb eyvanda dayanırsan?
- Deyirəm qapı qonşu elə fikirləşər ki,mən onu döyüb-öldürürəm.
6. Nevrapatoloq yanına gəlmiş xəstədən soruşur:
- Sizdə belə bir vəziyyət olurmu ki,səs eşidəsiniz,amma kimin və haradan danışdığını başa düşməyəsiniz?
- Doktor lap tez-tez olur.
- Bəli Ağırdır!Belə Hallar nə vaxt baş verir?
-Telefonla danışanda.
7. Ser,sizin qızınız mənim xoşuma gəlir.Necə edək ki,onunla tez-tez görüşə bilim?
- Məsləhətim budur:mənə 3 funt borc verin,sonra düz bir il pulunuzun dalınca gəlib gedin.
8. Oğlan qışqırır:
- Ana,tez gəl,nərdivanı aşırmışam!
- Atan bilsə gör başına nə oyun açar...
Oğlan cavab verir:
- Atam bilir,o,çılçıraqdan asılı qalıb.
9. Misal var deyirlər ki,"söz külək kimi bir şeydir,hər yana əsir".
Bir kişi buna etiraz edib deyir:
- Düz deyil,o misal elə olsaydı mənim arvadımın dili bütün dəyirmanları işlətməyə kifayət edərdi.
10. Pedro həkimə gedir.Həkim soruşur:
- Hə indi necə yatırsınız?Məsləhətimə əməl edib yuxuya getmək üçün sayırsınızmı?
- Bəli həkim.Düz 18456-ya kimi saydım.
- Hə,necə,yuxuladınızmı?
Xəstə deyir:
- Nə yuxlamağı,işə getmək vaxtı idi.
11. Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur.Həkim xəstənin dişinə baxıb deyir:
-Gərək çəkilsin.
Xəstə daha da bərk əsməyə başlayır.
Həkim bir qədəh araq töküb verir xəstəyə.
- Hə için,möhkəm olun!
Xəstə içir və əsməkdə davam edir.Həkim bir qədəhdə tökür,içirir
xəstəyə,sonra üçüncüsünü də,dördüncüsünü də.Gördükdə ki,xəstə daha
əsmir,həkim soruşur:
-Hə ,nə oldu?Daha qorxmursunuz ki?
Xəstə deyir:
-Ay Hay!Qorxmuram da sözdü!İndi bir kişinin hünəri var mənim dişimə əl vursun.
12. Kəndlilər dövlətlin əkin sahəsində işləyirdilər.Bir qaraçı yaxınlaşıb deyir:
- ALLAH köməyiniz olsun.
- Çox sağ ol.Bəlkə bizimlə işləyəsən?
Qaraçı deyir:
- Dırmığım yoxdur.Qoyun durum yanınızda,varlı elə biləcək ki,mən də işləmişəm,mənə də pul verəcək.
Elə də oldu - varlı hamıya pul payladı,sonra evinə dəvət etdi.O,soruşdu:
- Kim yeyəcək?
Qaraçı dedi:
- Mən.
- Kim içki içəcək?
Qaraçı dedi:
- Mən.
Sonra varlı soruşdu:
- Sabah məhsul yığımında kim işləyəcək?
Qaraçı üzünü kəndlilərə tutub dedi:
- Dillənin də,elə "mən,mən"deyirəm,ayıbdır axı!