Bir hökmdar xalqın rahat gedişi üçün 1 yol düzəltdirir. Hazır olan yolu xalqın istifadəsi vermədən əvvəl, bir yarış keçirir. Kim istəsə bu yarışda iştirak edə bilərdi. Bu yoldan ən gözəl keçən yarışın qalibi olacaqdı.
Yarış günü, insanlar axın etdi. Bəziləri ən gözəl paltarlarını geyinmişdi. Bəziləri ən gözəl minik vasitələri ilə gəlmişdi. Qadınlar saçlarını ən gözəl görünəcək şəkildə düzəltmişdilər...Cavanlar orjinal geyimləri ilə keçməyə başladılar.
Nəhayət, bütün gün insanlar yoldan keçdilər. Lakin yolu o qədər pis istifadə etdilər ki, hökmdarın yanına qayıdanda hamısı eyni şikayeti etdi: "Yolun 1 yerində böyük 1 daş və torpaq yığını var və yoldan keçməyə mane olur. Çətinlik yaradır.
Günün sonunda yalnız 1 adam yolun sonuna yorğun arğın, üstü toz torpaq içində gəldi. Ancaq hökmdara böyük bir hörmətlə baş əyərək əlindəki qızıl dolu kisəni ona uzatdı.
-" Yolda gələndə, yolun ortasında daş və toz-torpaq yığımını qaldırmaq üçün dayanmışdım. Bu qızıl kisəsini onun altında tapdım. Bu qızıllar sizindir"
Hökmdar gülümsəyərək cavab verdi:
-"O qızıllar sənindir cavan oğlan" -"Xeyr mənim deyil. Mənim heç vaxt bu qədər çox pulum olmayıb" -"Bəli" dedi hökmdar: "Bu qızılları sən qazandın, demek bu yarışın qalibi də sən oldun. Yoldan ən gözəl keçən sən oldun. Çünki, yoldan ən gözəl keçən insan, arxasından gələnlər üçün yoldakı maneləri qaldıran insandır."
Fikirlərinizi bildirməyi unutmayın...
|