Çinlilər yeməklərini nə üçün çubuqla yeyərlər? Çinlilərin yemək yemə vərdişlərinin yeməklərini çox kiçik parçalar halında yemələrindən çubuq istifadə etdikləri aydın olur. Çində
əvvəllər yalnız varlılar masada əyləşərdilər. Xalqın əksəriyyəti
qabları əllərində yemək yeyərdilər. Bir əlləriylə qablarını tutar, o
biri əlləriylə çubuq istifadə edərək bəslənərdilər. Sürətlə artan əhali
üzündən yemək çətinliyi çəkən çinlilər önlərindəki yeməyi kiçik
parçalar halında çoxaldaraq yeyirdilər. O zamanlar ağac çətinliyi
səbəbiylə də taxta istifadəsi məhdud idi. Masa istifadəsi buna görə çox
çətin idi. Çubuqlar fil dişindən və sümükdən hazırlanardı. Dünyanın ən çox oxunan mahnısı hansıdır? Bu
mahnı"Happy birthday to you" dur. Mahnının əsl qaynağı Amerikalı iki
bacıya aiddir. Orijinal adı " Good Morning to All" yəni " hamınıza
sabahınız xeyir"dir. Daha sonra adı dəyişdirilərək bütün dünyaya
yayılmışdır. Lakin müəllif haqqı bacılara aiddir, onlardan sonra da
Warner/chappel musiqi şirkətinə keçmişdir. Musiqi ticari məqsədlə
istifadə edildiyi zaman şirkətə ödəmə etmə zəruriliyi vardır Məzara nə üçün çiçək qoyulur? İlk
olaraq Misir Fironu Tutamkamonun miladdan əvvəl 1346 da öldüyündə
məzarının çiçəkdən taclarla örtüldüyü müəyyən olunmuşdur. Şimali
Avropada isə e.ə. 2000-ci illərə qədər məzara çiçək qoyulduğu təyin
olunmuşdur. O zamanlarda bu çiçəklərin məqsədi yaxşı ruhları çəkmə, pis
ruhları qovma məqsədiylə idi. Sonradan isə əsl məqsəd cəsədlər
çürüyərkən çıxan qoxunu kamuflyaj etmə məqsədini daşıydı. Sərv ağacı da
bu səbəblə mazarlıqlarda əkilir. Ağacın yarpaqları küləyin qarşısını
alır, özünə məxsus xoş fərah qoxusu vardır. Cənazə törənlərində də qara
geyinmənin məqsədi də qəbiristanlıqlarda hayalletlərdən çəkinmək
məqsədi daşımaqdadır. İnsanlar saatlarını nə üçün sol qollarına taxırlar? Xüsusi
bir vəziyyət və ya fərqli olma düşüncəsi yoxsa insanların çoxu
saatlarını sol qola taxır. Çünki əksəriyyət sağ əlini istifadə
etməkdədir və bu qolun daha hərəkətli olması səbəbiylə saatın bir
yerlərə çarpıb zərər görmə ehtimalı yüksəkdir. Onsuz da saatın qurma
düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman
onu biləkdən çıxarmadan sağ əllə sol qollarındakı saatı qura bilərlər. Nə üçün otellərin qapıları dönər qapıdır? Dönər
qapıların tək məqsədi enerji qənaətidir. Böyük binaların daxili davamlı
olaraq qızdırılır. Açılan normal qapıdan içəri soyuq hava rahatlıqla
girər. Əgər normal qapı istifadə edilsə hava dəyişməsi səbəbiylə
kondisionerlər və ya mühərriklər yenidən işləyəcək. Xüsusilə çox adamın
girib çıxdığı otel və ya bənzəri binalarda enerji qənaəti üçün dönər
qapı istifadə edilər. Dönər qanadlar isti havanın çölə çıxmasına, soyuq
havanın da içəri girməsini mane olur.