İsveçrədə saat 22:00-dan sonra unitaza su buraxmaq qadağandır. * * * Tailandda
pul kağızlarını tapdalamaq olmaz .Çünki bu pulların üzərində ölkənin
kralının şəkli təsvir olunub.Pulu tapdalayan hətta həbs həyatına məhkum
olunur. * * * Sinqapurda yerə zibil atan 600 dollar cərimə
olunur. Bu ölkədə 12 il saqqız satışı qadağan olunmuşdu, səbəb isə
xuliqanların saqqızı hara gəldi yapışdırmaları idi. 2004-cü ildə bu
qadağa götürülüb və ondan sonra saqqız yalnız apteklərdə satılmağa
icazə verilmişdi. * * * York şəhərində hələ də şotlandların öldürülməsinə icazə verilir, ama bir şərtlə ki, həmin şotlandın yanında yay və kaman olsun. * * * İngiltərədə
isə yeni il bayramında şirin peraşki ilə üzüm yemək qadağan olunub.
Digər qanunlardan biri isə , bu ölkədə parlamentdə ölmək qadağan
olunmuşdur. Amma hələ ki, belə bir hadisə baş verməmişdir. * * * Biritiba
şəhərciyinin meri də belə bir qanun vermişdir. Beləki, şəhər
qəbirstanlığının dolduğunu görən mer, bu çıxılmaz vəziyyətdən çıxmaq
üçün insanlara ölməyi qadagan etmişdir. Qanuna əsasən insanlar ölümdən
qaçmaq üçün özlərinə yaxşı baxmalı, sağlamlıqlarını qorumağa
borcludurlar. * * * Amerikanın Ohayo ştatında 5 dəqiqədən çox öpüşmək qadağandır. * * * San
Fransiskoda öz maşınını köhnə alt paltarı ilə yumaq olmaz və bir
vannada 2 uşağı çimizdirmək qadağandır. Həmçinin bu şəhərdə gün ərzində
3 boşqabdan çox qab sındırmaq olmaz. * * * Mayamidə səsli siqnalı olmayan velosipedi sürmək qadağandır, baxmayaraq ki bu səsli siqnallardan istifadə etmək olmaz. * * * Qəribə qanunlardan biri də Milandadı, beləki yas mərasimlərini və xəstəxana ziyarətini çıxmaqla, həmişə gülmək qanunu verilib. * * * Keçən
əsrin 80-cı illərinin sonlarında Alabama ştatında şpilka ayaqqabı
geyinmək qadağan olunmuşdur. Beləki ştatın qadın sakininin şpilka
ayaqqabısının kanalizasiya reşotkasına ilişməsı və qadının ayağını
əzməsı bu qanuna səbəb olmuşdur. * * * Vermontda qadın diş
qoymamışdan qabaq, bunun üçün ərindən icazə almalıdır. Hətta ərinin
yazılı icazəsini almalıdır. Kentukkidə isə qadın ən sadə şeylər olan
saçın kəsdirliməsi, şlyapanın fasonu kimi şeylərə görə də ərinin
razılığın almalıdır. * * * Ohayo ştatında kişi portreti qarşısında paltarı soyunmaq qadağandır. Kentukkidə isə küçədə kupalnikdə gəzmək olmaz. * * * Əgər
Aydaho ştatında hər hansı bir fermer həyat yoldaşına konfet bağışlamaq
istəsə, onda o konfetlerin sayı nə az, nə çox 100 funt olmalıdır. * * * Alabama
ştatında kişilərə qadının yanında tüpürməyə icazə verilmir. Mobil
şəhərində isə Bakıdan fərqli olaraq, gözəl qızın yanından maşınla
keçəndə kişilərə siqnallamağa icazə verilmir.