Çiyələk Stresə
xeyr edir, sakitləşdirici təsiri vardır, siqaret tüstüsün təsirini
azaldır. Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2
çiyələk atılması məsləhətdir. Uşaq iflici və ağız-dəri yaralarına yol
açan virusları öldürücü təsirə malikdir. Kivi Kivi
bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınası
lazım olan C vitamini ehtiyacindan daha çoxu var. Qandakı şəkərin
nəzarətdə saxlanması üçün yararlıdır.Xərçəngin yaranmasına mane olur.
Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir
şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır. Banan Ürəyə
və əzələ sisteminə yararlıdır, yorgunluğa xeyir edir, yüksək təzyiqin
qarşısını alır. Yuxunu rejimə salır, mədə xorasının qarşısını alır və
onların müalicəsinə kömək edir. Xolestrolu azaldır və mədə ağrısına
faydalıdır. Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir. Üzüm Böyrəklərin
işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimləyər, qaraciyəri
təmizləyər. Qara üzüm qabığı və tumları ilə yeyilərsə hüceyrə
yenilənir. Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimlənir.
Lakin kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox
yeyilməməsi lazım olduğunu unutmayın. Alma Qanı
və böyrəkləri təmizləyir, cildə parlaqlıq və gözəllik verir,
soyuqdəyməyə və öskürəyə xeyirlidir. Həzm sistemindəki narahatlığa
kömək edir, baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır, qandakı
şəkəri nəzarətdə saxlayır. Revmatizmaya kömək edir Əncir Bağırsaqları çalışdırır, enerji verir. Cinsi gücə yardım edir. Yüksək qan təzyiqini azaldır. Sümük möhkəmliyini artırır. Albalı Giləsində
şəkər nisbəti aşağı olduğu üçün daha az kaloridir. Qızdırmanı salır,
susuzluğu keçirir. Tünd rəngli albalı açıq rəngli olanlara nisbətən
daha çox mineral tərkiblidir. Armud Ürək-damar
sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan
vitaminləri saxlayar. Yüksək təzyiqi olanlar və böyrəklərində problem
yaşayanlar üçün faydalıdır. Qan azlığına və qəbizliyə yaxşı təsir edir. Ananas Bakteriya
və parazitlərlə mübarizədə faydalıdır. Həzmi asanlaşdırır. İltihablanma
riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir.