Dəyişikliklərin yadda saxlanılması və işin sonu.
Mövcud faylda edilmiş dəyişiklikləri yadda saxlamaq üçün Standart
"Standard" alətlər lövhəsində Yadda saxlamaq "Save" düyməsini basın.
Beləliklə daxil edilmiş dəyişikliklər yadda saxlanılacaq. Faylı
bağlamaq üçün Fayl "File" menyusunda Bağlamaq "Close" əmrini basın.
Proqramının işini tamamlamaq üçün Fayl "File" menyusunda Çıxış "Exit"
əmrini basın.
Sənədin açılması.
Ms Word pəncərəsini açın.
Yaradılmış sənədi ekrana çağırmaq üçün Standart
"Standard" alətlər lövhəsində Açmaq "Open" düyməsini basın. Ekranda
Açmaq "Open" dialoq pəncərəsi yaranacaq. Bu pəncərə açılacaq qovluq və
sənədi seçməyə imkan verir. Bunun üçün Baxmaq "Look in" sahəsində oxu
basın və sərt diski qeyd edin. Qovluq siyahısında lazımi qovluqda
mausun sol düyməsini 2 dəfə basın. Açılan qovluqda istənilən faylı
seçib üzərində mausun sol düyməsini 2 dəfə basın. Beləliklə Wordün işçi
sahəsində sənəd görünəcək.
Faylın açılması və verilənlərin daxil edilməsi üçün parol.
Əgər siz faylı mütləq parolla yadda saxlamaq
istəyirsinizsə ilk növbədə həmin faylı ekrana çağırmaq lazımdır.
Beləliklə Wordün işçi sahəsində sənəd yaranacaq.
İndi isə Fayl menyusundan hansı adla yadda saxlamaq "Save as" əmrini
seçin. Açılmış dialoq pəncərəsində Xidmət "Tools" və sonra Əsas
parametrlər "Security Options" əmrini seçin. Yaranmış səhifənin faylın
açılması üçün parol "Password to open" sahəsində faylı açmaq üçün parol
daxil edin. Diqqət edin, yığılan parol ulduzlar şəklində göstərilir.
Növbəti verilənlərin daxil edilməsi üçün parol "Password to modify"
sahəsində 2-ci parolu daxil edin və OK-i basın. Ekranda Parolun təsdiqi
"Confirm Password" pəncərəsi yaranacaq.
Faylın açılması üçün parolu təkrar edin. Ok-i basın.
2-ci parolun təsdiq üçün pəncərə açılacaq və bu pəncərədə verilənlərin
daxil edilməsi üçün parolu "Password to modify" təkrar edin. Ok-i basın.
Prosesi tamamlamaq üçün Yadda saxlamaq "Save"
düyməsini basın. Sənədi bağlayın. Nəticədə sənəd hər dəfə açıldıqda
Word parolun "Password" daxil edilməsi üçün pəncərə göstərəcək. Sənədi
açmaq üçün siz parolu dəqiq göstərməlisiz, əks halda sənəd açılmayacaq.
|