1 Ancaq Azərbaycanda 'cəhənnəmə' gedən özünə yoldaş axtarır :)
2 Ancaq Azərbaycanda 'iş-güc?' sualına standart olaraq hamı belə cavab verir 'iş var ki?' :)
3 Ancaq Azərbaycanda 'kişi adamsan, amma arvadlar hamamında' sözü mövcuddur :)
4 Ancaq Azerbaycanda 'Kişidi bu, bığı da var' ifadəsi mövcuddur :)
5 Ancaq Azərbaycanda 'malım itincə, canım cıxsın' deyirlər :)
6 Ancaq Azərbaycanda 'utananın oğlu olmur' :)
7 Ancaq Azərbaycanda 11 nəfər üçün nəzərdə tutulmuş marşurutda 22 nəfər sərnişin gedə bilər :)
8 Ancaq Azərbaycanda bayrağın rənglərinin yeri çox dəyişik salınır :)
9 Ancaq Azərbaycanda bir partiya adına bir neçə qurum iddia edir :)
10 Ancaq Azərbaycanda dərisinin rəngi qara olan xaricilərə 'Canım may Beko' deyə müraciət olunur :)
11 Ancaq Azərbaycanda kanalizasiya qapaqlarını oğurlayıb satırlar :)
12 Ancaq Azərbaycanda kimisə pis bir hərəkətində qınayarlarsa o deyir: 'Bacarana can qurban' :)
13 Ancaq Azərbaycanda marşurutka ilə gedəndə arıqlamaq olar :)
14 Ancaq Azərbaycanda məscidləri xalça, 'plitka' qayırma, yaşayış evi kimi istifadə edirlər :)
15 Ancaq Azərbaycanda mobil telefon ən əsasi player rolunu oynayır :)
16 Ancaq Azərbaycanda müsabiqələrdə axırdan birinci yer tutanlara 'taxta' medal verirlər :)
17 Ancaq Azərbaycanda qıza 'saz şey' deyərək əşya kimi müraciət edirlər :)
18 Ancaq Azərbaycanda qızlar kənar adama deyirlər: 'mənə bir alıcı gözü ilə bax :)
20 Ancaq Azərbaycanda satıcılar 'öz qiymətinə verirəm, gəl apar' ifadəsi işlədirlər :)
21 Ancaq Azərbaycanda şəhidin barlyefi oğurlanıb satılır :)
22 Ancaq Azərbaycanda tanış olan kimi 'haralısan?' və 'hansı bürcdənsən?' sualı verilir :)
23 Ancag Azərbaycanda görsənmirsən sözünə 'televiziya qülləsi zadam həmişə görsənim' deyə cavab verilir :)
24 Ancaq Azərbaycanda 'Bozbaş' deyəndə el şənliklərində oxuyanlar müğənnilər bilinir :)
25 Ancaq Azərbaycanda 'Içəri şəhər' kimi tarixi məkan mövcuddur, amma belə getsə heç o da olmayacaq :)
26 Ancaq Azərbaycanda 'imtahanı qazanmaq' ifadəsi 'qiymət almaq' sözü ilə əvəz olunur :)
27 Ancaq Azərbaycanda 'itlərə' yal yox, pul atırlar :)
28 Ancaq Azərbaycanda 'qarın adamı 'fiqurni' göstərir' kimi ifadə mövcuddur :)
Ancaq Azərbaycanda ingilislər üçün "Siqaret çəkmək olmaz",Yerlilər üçün "Siqareti yerə atmaq olmaz" :)
29 Ancaq Azərbaycanda 'quşbaz'lıq sənəti mövcuddur :)
30 Ancaq Azərbaycanda 'rəqabət' sözü paxıllıq kimi başa düşülür :)
31 Ancaq Azərbaycanda 'taxtabaş' və 'quşbala' ifadələri mövcuddur :)
32 Ancaq Azərbaycanda 'yeraz və qiraz' ifadəsi var :)
33 Ancaq Azərbaycanda alim qəssaba paxıllıq edir :)
34 Ancaq Azərbaycanda atalar balalarının qarşısında xəcalət çəkirlər :)
35 Ancaq Azərbaycanda bakılıyam deyənə 'basıb-bağlama,indi bakılı qalıb?' deyərlər :)
36 Ancaq Azərbaycanda bəzi mağazaların qapısının üzərində 'qapı metro kimi açılır' ifadəsi yazılır :)
37 Ancaq Azərbaycanda binaların divarına 'bura zibil atanın atasına lənət' sözləri yazılır :)
38 Ancaq Azərbaycanda bir aya 'kompyuter müəllimi' olmaq mümkündür :)
39 Ancaq Azərbaycanda bir az pulu olana 'qıllanmısan aa' deyirlər :)
40 Ancaq Azərbaycanda biri 'Allah qoysa' ifadəsi ilə ümid edəndə 'bəs qoymasa?' deyə sual verənler də tapılır :)
41 Ancaq Azərbaycanda biri işin düz gətirməməsini səhər qabağına çıxan qara pişik ilə əlaqələndirir :)
42 Ancaq Azərbaycanda birinə bir yaxşılıq edəndə eşidəcəyin ifadə 'Toyunda aşsüzənlə su daşıyacağam' olur :)
43 Ancaq Azərbaycanda birinin evi oğurlandığı zaman 'yüz faiz tanıyan adamdır' deyirlər :)
44 Ancaq Azərbaycanda corabları satmaq üçün üstünə məşhur aktyor və müğənnilərin şəkli vurulur :)
45 Ancaq Azərbaycanda çox vaxt vicdandan, namusdan danışanın özündə nə vicdan olur, nə də namus :)
46 Ancaq Azərbaycanda dərsin 20 dəqiqəsi Qəfəs şousuna, qalanı seriallara həsr oluna bilər :)
47 Ancaq Azərbaycanda diş həkiminin qızıl dişləri ola bilər :)
48 Ancaq Azərbaycanda dondurma satan 'Bomba, isti marojni!' qışqıra bilər :)
49 Ancaq Azərbaycanda elmlə məşğul olanlara dəli kimi baxırlar :)
50 Ancaq Azərbaycanda ən təmiz mal türk malı hesab olunur, çin (Kitay) malları isə Malayziya, Ispaniya və s. adı ilə satılır :)
51 Ancaq Azərbaycanda əsgərliyə getməmək üçün bəzi oğlanlar özlərini dəli kimi qələmə verirlər :)
52 Ancaq Azərbaycanda fəhlə də öz iş-gücünü atıb işində siyasətdən danışa bilər :)
53 Ancaq Azərbaycanda gəlin evin süpürgəsidir, qaynana isə 'babayaqa'sı :)
54 Ancaq Azərbaycanda gözəllik salonlarında 'uklatka' əvəzinə 'utlatka' yazılır :)
55 Ancaq Azərbaycanda gözəllik salonunun qapısına 'şagird tələb olunur' yazılı tablo vurulur :)
56 Ancaq Azərbaycanda hamı danışar, amma heç kəs bir iş görməz :)
57 Ancaq Azərbaycanda hər tini dönəndə atacağın addım palçığa düşə bilər :)
58 Ancaq Azərbaycanda insanlar biri-birlərinin ayaqlarını tapdalayanda tez əl tuturlar :)
59 Ancaq Azərbaycanda internet klublara gedən qızlar tərbiyəsiz sayılır :)
60 Ancaq Azərbaycanda ipoteka kreditinə elə qiymət qoyurlar ki, ancaq imkanlı şəxslər ala bilsin :)
61 Ancaq Azərbaycanda iş yerini söküb yerində hündürmərtəbə bina tikmək olar :)
62 Ancaq Azərbaycanda kimisə pislik etmək üçün əvvəlcə onun 'torbasını' tikirlər :)
63 Ancaq Azərbaycanda kişilik cibin pulu, qolun zoru ilə ölçülür :)
64 Ancaq Azərbaycanda küçədə əldə kameralı adam görəndə 'kino çəkirsiz?' deyə soruşulur :)
65 Ancaq Azərbaycanda maaşla bərabər bazarda malların ikiqat artdığını müşahidə etmək olar :)
66 Ancaq Azərbaycanda marşurutlarda azyaşlı uşaqlar 'konduktor' işləyə bilər :)
67 Ancaq Azərbaycanda marşurutlarda bu sözlər yazılıb vurulur 'məsafədən asılı olmayaraq gediş haqqı 1000 manat, 20 qəp.' :)
68 Ancaq Azərbaycanda marşurutlarda sərnişinlərə pul qaytaran zaman sürücülər bəhanə ilə qızların əlindən tutur :)
69 Ancaq Azərbaycanda marşurutlarda sürücünün yanında oturanlar dönüb arxaya tanış-tunuş olub-olmamasına baxırlar :)
70 Ancaq Azərbaycanda marşurutların qapısına 'qapını asta örtün' yazılır :)
71 Ancaq Azərbaycanda maşın yaşıl yandıqdan sonra svetaforda bir-iki dəqiqə gecikəndə siqnallayırlar :)
72 Ancaq Azərbaycanda maşın yolunu tez keçmək 'zapadlo' sayılır :)
73 Ancaq Azərbaycanda mədəniyyətli məmur əvəzinə mədə niyyətli məmur görə bilərsən :)
74 Ancaq Azərbaycanda metro stansiyalarının giriş və cıxışında bərbərxanalar var :)
75 Ancaq Azərbaycanda metro vaqonlarında qapılara, oturacaqlara telefon nomrələri yazılır :)
76 Ancaq Azərbaycanda metronun üstündə yeni binalar inşa edilir :)
77 Ancaq Azərbaycanda min yaxşılığı bir pisliklə əvəz edə bilərsən :)
78 Ancaq Azərbaycanda müəllim dərs zamanı şagirdlərə saqqız çeynəməyi, telefonla danışmağı qadağan etsələr də, özləri buna əməl etmirlər. (Axı qaydalar elə onları pozmaq üçündür :)
79 Ancaq Azərbaycanda oğlanla qızın dostluğu sevgi ilə nəticələnir :)
80 Ancaq Azərbaycanda oğlanlar mobil telefonlarındakı bluetooth-dan ən çox hallarda tanımadıqları qızlara video kadrlar göndərmək üçün istifadə edirlər :)
|