Ən acı həqiqət ən xoş yanılmadan yaxşıdır.(V.Q.Belinski)
Hər bir insanın ömrü bir kitaba bənzəyir. İnsanın doğulması bu kitabın
titul vərəqidir. İlk ağlaması bu kitabın girişidir. İnsanın sonrakı
şüurlu həyatı və davranışları bu kitabın əsas məzmunudur, cinayət və
rəzalətləri buraxılmış səhvləridir, peşmançılığı sonradan edilən
düzəlişlər, ölümü nəticə və son şərtidir. Bu kitab qalın cildlər
halında və ya nazik ola bilər, son dərəcə gözəl, bər-bəzəkli cildə
çəkilər və ya adi kağıza bükülə bilər, çox bahalı və ya ucuz kağızda
çap oluna bilər. Lakin əsl mətləb kitabın kağızında və cildində deyil,
onun məzmunundadır. Kitabın məzmunu, hər şeydən əvvəl, bilavasitə
müəllifdən asılı olduğu kimi, insan ömrünün dü əsas məzmunu xeyli
dərəcədə onun özündən asılıdır. (Çarlz F.Cofri)
İnsan haqqında elm, bütün həcmdə götürüldükdə, ucsuz-bucaqsızdır; onun
öyrənilməsi uzun və çətin işdir. İnsan müxtəlif rəssamların seyr etməsi
üçün sərgiyə qoyulmuş bir modeldir. Hərə onun bir neçə cəhətinə baxır,
lakin hələ heç kəs onu bütövlüklə əhatə edə bilməmişdir. (K.Helvetsi)
Hər bir insan müqəddəs tarixdir. (La Tur Dyu Pen)
Hər bir insan heç bir başqa tarixə bənzəməyən bir tarixdir. (Alber Kamyu)
İşləyənin yalnız bir şeyə-azadlığa ehtiyacı var. (P. Kurye)
Paltarınızı satın, ancaq fikirlərinizi saxlayın. (Q.Toro)
Təcrübəsiz adamlar elə bilirlər ki, pul ilə bütün probləmləri hell etmək olar. (F.Ruzvelt)
Əsas məsələ pulu qazanmaqda deyil, onu xərcləməkdədir. (B.Franklin)
Pul insanı her şeyə sövq edən mələk və ya şeytandır. (O.Eterson)
Qənaətçilik-ehtiyatlığın qızı, təmkinliyin bacısı, sərbəstliyin anası sayıla bilər. (S.Stayls)
İnsanlardan başqa bütün canlılar,
Qənaət evində tutmuşlar qərar. (Nizami Gəncəvi)
Həyat tufandır, qasırğadır, həyat cəngəllikdir. Əgər insan dalğalarla
çarpışmırsa, əgər o, sıx, dolaşıq sarmaşıqlarla əlləşib-vuruşmursa,
özünü məhvə məhkum edir. (Andre Morua)
Əgər həyatdan heç nə ala bilməmisinizsə, deməli, ondan heç nə istəməmisiniz. (Ş.Perro)
Biz yalnız başqaları üçün yaşayan zaman özümüz üçün yaşayırıq. (L.Tolstoy)
Hər bir insanın qəlbində öz xalqının miniatur portreti var. (Q.Freytaq)
Nə vaxta qədər ki, insanlar Sezarlar və Napaleonlar qarşısında itaət
edəcəklər, onda Sezarlar və Napaleonlar da hakimiyyətə gələcək və
insanlara bədbəxtlik gətirəcəklər. (O.Hansli)