Musiqinin haramlığı barədə
Kəbirə olması aşkar şəkildə buyurulan günahların on beşincisi musiqi
alətləri ilə meşğul olmaq, saz, tar, kamança, pianina, tənbur və s.
kimi şeyləri çalmaq ve yaxud onların səsinə qulaq asmaqdır.
Fəzl ibni Şazanin Imam Rza(ə)-dan nəql etdiyi hədisdə onun kəbirə günah olmsaı buyurulur:”Vəl-Iştiğalu bil-məlahi”
Bütün fəqihlərin nəzərinə əsasən, musiqi alətlərinin alveri ve
duzəldilməsi haramdır!Qumar alətlərində olduğu kimi, onların da
saxlanması haram, aradan aparılması isə vacibdir.Bələ ki ”Tuhəful-uqul”
da imam Sadiq(ə)-dan nəql edilən bir hədisdə bu məsələ qeyd olundu.Şeyx
hurr Amili "Fusuli muhimmə” kitabında rəvayət edir ki, Hz. Imam
Sadiq(ə) belə buyurur: Heç bir halal yönə malik olmayan, şər və
fəsaddan başqa bir nəticəsi olmayan sənətkarlıq, bərbət(uda oxşayan
musiqi alətidir),tütək, eləcə də hər növ musiqi aləti,məsihilərin xaç
şəkli və buna oxşar şeyləri öyrətmək,öyrənmək,onlarla məşğul
olmaq,həmçinin əvəzində pul almaq və onlarla hər növ təsərrüf etmək
haramdır!
Musiqi barəsində Əhli-Beyt hədisləri:
Musiqi alətləri ilə məşğul olmağın ,yaxud onlara qulaq asmağın
haram olması barəsində çoxlu hədis nəql edilmişdir.Imam Sadiq(ə)
buyurur ki,Peyğəmbəri-Ekrəm(s) buyurmuşdur:”Mən sizə rəqs
etmeyi(oynamağı),tutek,bərbət və təbil(nağara) çalmağı qadağan edirəm”
Həzrət yenə buyurur:”Allah -Taala məni bütün aləmlərə rəhmət olaraq
göndərmişdir.Həmçinin buna görə göndərmişdir ki,sazları,tutəkləri(calğı
alətlərini),eləcə də cahiliyyət dövründə mövcud olanları-bütləri və
əzlami batil edib aradan aparam.”
Həmçinin Imam Sadiq(ə)-dan bələ nəql olunur: Allah hər kəsə bir nemət
versə və o şəxs də nemət verilən zaman musiqi aləti(mizmar)hazır etsə,
o nemətə qarşı nankorluq etmişdir
Musiqi Nifaq yaradır ,qeyrəti aparır.Hz. Imam Sadiq(ə) yənə
buyurur:”Uddan istifadə etmək,yaxud onun səsinə qulaq asmaq insanın
qəlbində nifaq cücərdir,necə ki ,su ,bitkiləri cücərdir.”Həzrət yenə
buyurur:”Hər kəsin evində qırx gün bərbət calınsa və camaat da onun
yanına gəlsə,şeytan öz bədənini onun bədəninə sürtər,o kişinin qeyrəti
aradan gedər.(Qeyrətsizlik də) elə bir həddə çatar ki ,əgər onun arvadı
ile çirkin əməl (zina ) edilərsə,açığı gəlməz”
Başqa bir hədisdə Hz. Sadiq(ə) buyurur ki,bu iş ondan abır-həyanı alar.Onun ,öz barəsində deyilənlərdən,yaxud onun öz dediklərindən heç bir qorxusu olmaz.
Muşahidə olunduğu kimi,gecə-gündüz evlərində radiodan musiqiyə qulaq
asan şəxslər əksər hallarda həya və qeyrətdən məhrum olurlar.
Musiqi xeyir bərəkəti aparır.Əmirəl-Muminin Əi(ə) buyurur:”Mələklər
şərab içilən,yaxud qumar ve çalğı alətləri olan evə daxil olmaz,o evin
əhlinin etdiyi dualar qəbul olunmaz və xeyir –bərəkət həmin evdən
qalxar”.
İmam Rza(ə) buyurur:”Musiqi alətlərinin səsinə qulaq asmaq kəbirə günahlardandır(Kəbirə böyük deməkdir).
Üzü qara şəkildə məhşərə daxil olar.
Peyğəmbər Əkrəm(s) buyurur:Qiyamət
günü tənbur sahibi qara üzlə məhşərə daxil olacaq.Onun əlinə cəhənnəm
odundan bir tənbur veriləcək,başının üstündə yetmiş min əzab mələyi
olacaqdır.Onların hər birinin əlində cəhənnəm odundan bir əmud
vardır.Onlar əmudla həmin şexsin başına və üzünə vuracaqlar.Ğina əhli
də kor,kar ve lal halda məhşərə daxil olacaqdır.Həmçinin zinakar ve
musiqi alətlərini saxlayan şəxs də həmin cür məşhur olacaqdır.
Qırx gün musiqi alətləri ilə birgə olanlar
İmam Rza(ə) buyurur:”Her
kəsin evində qırx gün musiqi aləti,yaxud qumar aləti olsa,Allahın
qəzəbinə ducar olar.Egər bu müddət ərzində ölsə,günahkar və fasiq kimi
dünyadan getmiş olur,onun yeri cəhənnəmdir.O,necə də pis yerdir.
Axır zamanda açıq aşkar musiqi
Axır zamanın əlamətlərini bəyan ədən bir rəvayətdə belə deyilir:”Axı
zamanda ləhv(musiqi) alətləri çalınar və onları bu yaramaz işdən
qaytaracaq bir şəxs olmaz.Hətta bir şəxs qadağan etməyə cürət belə
etməz.”Bu dövrdə muşahidə olunduğu kimi,küçə
bazarlarda,xiyabanlarda,mağazalarda ve evlərdə musiqi uca səslə
oxudulur ve heç kəs də bunun qarşısını almağa qadir deyildir.Hemçinin
ən müqəddəs məkanlarda(yəni Məkkə və Mədinə) açıq aşkar şəkildə ğina
səsləri efirə buraxılır
Müəllif: Gənc_lider
Məqalə "Böyük günahlar” kitabına istinadən 2-ci cildindədir.