Namazı yüngül sayıb qılmaq fikrində olmamağın bəlaları İslam
Peyğəmbəri (səllahu əleyhi və alehi və səlləm) buyurur:Hər kim (istər
kişi,istərsə də qadın) səhlənkarlıq edib namaz qımamaq fikrində olsa,
Allahtəala ona 17 bəla verər:5-i dünyada, 3-ü öləndə, 3-ü qəbrdə, 3-ü
Qiyamətdə və Sirat körpüsündən keçəndə.
Dünyada: 1. Yaşayışında ruzi
bərəkəti çəkilər. 2. Üzündən nur çəkilər. 3. İslam dinindən ona bəhrə
çatmaz. 4. Saleh şəxslərin onun barəsində etdiyi duaları qəbul olunmaz.
5. Duası qəbul olunmaz. Ölən vaxtda: 1. Zillətlə can verər. Özündə
elə ağırlıq hiss edər ki, sanki ona şallaq vururlar. 2. Elə teşnə olar
ki, əgər dünyanın bütün suyunu içsə yenə doymaz. 3. Elə acar ki, əgər
dünyanın bütün yeməklərini yesə yenə doymaz. Qəbrdə: 1. Şiddətlə qəm və qaranlıq. 2. Qəbr sıxıntısı və Qiyamətə qədər əzab. 3. Rəhmət mələklərinin müjdəsindən məhrumluq. Qiyamətdə: 1. Heyvan surətindən məhşur olar. 2. Əməl məktubu sol əlinə verilər. 3. Hesab uzun çəkər. Sirat
körpüsündə: 1. Allah, rəhmət nəzərini ona salmaz və (günahından)
paklamaz. 2. Günahından əvəz qəbul olunmaz. 3. Hesabına görə min il
saxlanılar sonra onu cəhənnəmə daxil edərlər. Allah Quranda buyurur:
<<(Cəhənnəm əhlindən soruşurlar)>> Sizi cəhənnəmə salan
nədir? Cavab verirlər. Biz namaz qılanlardan deyildik!(Müdəssir surəsi
42-ci ayə).
|