Qısalan sviterlər,ağaran rəngli platarlar,yanan şalvarlar... Hamısı Sizlər üçün bir başqa dərd,
amma həyatı asanlaşdırmaq o qədər də çətin deyilmiş.Hər şeyin bir simvolu vardır.
Paltarlara lazımi şəkildə qulluq üçün istehsalçılar onlara kiçik bir
lent üstündə qrafik simvollar tikirlər.Bu simvolların anlamı nədir?
Paltarların yuyulması
Paltaryuyan maşında 30 dərəcədən yüksək olmamaq şərtilə yuyulmalı
40 dərəcədən yüksək olmamaq şərtilə yuyulması
60 dərəcədən yüksək olmaması şərtilə yuyulması
Qaynatmaq olar
40 dərəcə temperaturda yalnız əllə yuyulmalı
Yumaq olmaz
Paltaryuyan maşında yumaq olmaz
Paltarların qurudulması
Maşında qurutmaq olmaz
Maşında qurudula bilir.Normal istilikdə daha çox pambıq parçalar qurudula bilir.
Maşında qurudula bilir.İlıq istilikdə daha çox sintetik və qarışıq parçalar qurudula bilir.
Kimyəvi təmizləmə
Yalnız kimyəvi təmizləmə
Kimyəvi təmizləmə olmaz
Kimyəvi təmizləmədə ehtiyatlı davranın
Kimyəvi təmizləmədə bütün məhlullar istifadə edilə bilər
Kimyəvi təmizləmədə benzin,R111 kimi təmiz spirt maddələrdən istifadə edilə bilər
Kimyəvi təmizləmədə benzin,R113 kimi təmiz spirtdən istifadə edilə bilər
Tərkibində xlor olan ağardıcılardan istifadə edilə bilər
Tərkibində xlor olan ağardıcılardan istifadə edilməz
Xlorla ağartmaq olar
Xlorla ağartmaq olmaz
Ütüləmə
Ütü ustündə bir nöqtə- Maksimum 110 dərəcədə ütülənməli
Ütü üstündə iki nöqtə- 150 dərəcədən yüksəkdə ütüləmək olmaz
Ütü üstündə üç nöqtə- 200 dərəcəyə qədər ütülənə bilər
Ütü üstündə çarpaz xətt- Ütüləməyin
|