PHP-də məlumatın tipləri. Tiplərin dəyişdirilməsi.
Əvvəl deyildiyi kimi, PHP-də dəyişənlərin tipləri ilə bağlı özündə
müəyyən elastiklik imkanı verir, proqram daxilində bir dəyişənlə həm
yazını həmdə rəqəmi işləmək mümkündür. Lakin, buna baxmayaraq PHP-də
əsas məlumat tiplərinin komplekti vardır, hansı ki dəyişənlərlə bağlı
işlərdə açıqcasına göstərilə bilərlər:
- integer;
- string;
- boolean;
- double;
- array;
- object;
Belə bir funksiya var gettype(), hansı ki PHP dəyişənə təyin etdiyi tipi geri qaytarır(sorğunu geri qaytarmaq):
<?
$var = "5";
$var1 = 5;
echo(gettype($var));
echo "<br>";
echo(gettype($var1));
?>
Birinci halda PHP string geri qaytaracaq, ikinci halda integer.
Həmçinin belə bir funksiyada mövcuddur settype(), hansı ki tipi təyin etməyə imkan verir :
<?
$var = "5";
echo(gettype($var));
settype($var,integer);
echo "<br>";
echo(gettype($var));
?>
Yuxarıda yazdığım kod, bundan əvvəlki kodun nəticəsi ilə eyni olacaq.
settype() funksiyasından başqada PhP də tipləri təyin etmək
mümkündür. Belə ki dəyişənin yeni tipi ona mənimsətmək lazımdır. Bunu
etmək üçün aşağıdakı formada yazmaq lazımdır.
$var = (int)$var;
Müvafiq olaraq, növbəti kodun yerinə yetirilməsi РНР-nin integer geri qaytarmasına səbəb olur :
<?
$var = "5"; // tip string
$var = (int)$var; // int dəyişdiririk
echo(gettype($var));
?>
|