Orta əsrlərdə həmişə diqqət yetirilən əsas tarixi faktlar içərisində
ölülər haqqında da yazılara rast gəlmək mümkündür. Bəzi ölülərin
cəsədləri hətta əsləri boyu saxlanılmışdır. Tamam rəngini itirmiş
solğun dəri və qırmızı dodaqlar onların mumiya kimi
hazırlanmadıqlarının dəlili idi. Fikirlər çox dəyişik idi; bəziləri
düşünürdü ki, bu cəsədlər müqəddəs insanlara məxsusdur, başqaları isə
sükuta dalmış vampirlərin olduğu qənaətinə gəlirdilər. Drakulaların
Vətəni Vampirlər haqqında əfsanələr neçə əsrlərdir mövcuddur və onların
içərisində ən məşhuru qraf Drakula hesab
olunur. Tarixçi Bob Kurranın irəli sürdüyü fikirlərə görə qrafın ana
vətəni Translivaniya deyil, İrlandiya olmuşdur. Tədqiqatçının
araşdırmalarına əsasən Brem Stoker öz romanını "Drakula”
– nı yazmışdır və bu tarix V əsrdə Derri qraflğında baş vermişdir.
Əfsanələrə əsasən İrlandiya kralı Abartax Krovaviy çox qəddar kiçik
boylu bir şəxs olmuşdur. Onun köməkçiləri kraldan o qədər qorxurdular
ki, onu öldürməyə belə cəhd göstərmirdilər. Çünki kralın üzərində böyük
cadugərin qoruması var idi. Bu zaman onlar digər kral olan Katanın
hüzuruna getdilər. Bu zaman onlar həmin şəxsdən öz krallarından
canlarını qurtarmaq istədiklərini bildirdilər. Katan özü də Abartaxı
çox da sevmirdi, məhz buna görə də xalqın istəyini yerinə yetirmək
fikrinə düşdü. Abartaxı dəfn etdilər, bu çox gözəl hadisə kimi
qiymətləndirildi. Lakin ölümündən sonra qəddar kral kəndlərdə meydana
gəlməyə başlandı və bakirə qızların qanlarını tələb edirdi. Çünki o,
acından pis hala düşür və özü prosesdən əzab çəkirdi. Kral Katan
kahinlərə üz tutmalı oldu və bu ruhdan uzaqlaşmağın yollarını öyrənməyə
çalışdı. Həmin şəxslərin fikirlərinı əsasən o, Abartaxın ürəyini
çıxartdı və payaya keçirilmiş vəziyyətdə ağacdan asdı. Cəsədi ayağından
üzü aşağı asdırdı və cəsədin ətrafına da tikanlar yığdırdı. Bundan
sonra qəbir çox nəhəng daş yığınına çevrildi. Yalnız bu hərəkət yerli
insanların sakit yaşaması üçün onlara imkan verirdi.