"Avatar"
filmi yenidən ekranlara qayıda bilər. Rejissor Ceyms Kemeron filmin
montaj olunmuş hissələrini yenidən ekran əsərinə əlavə etmək
niyyətindədir.
Kemeronun sözlərinə görə, montaj vaxtı 40-a
yaxın müxtəlif epizod filmdən çıxarılıb. Filmin yaradıcısının fikrincə,
həmin epizodlar yeni versiyaya əlavə edilərsə, film əlavə 200 milyon
dollar da gəlir gətirə bilər.
"Avatar" filminin yeni versiyasının yay aylarında film kirayələrinə çıxarılacağı istisna edilmir.