"Yanakı, yağlı, xətli və s. mətnlər" və "Standart şriftlər"
[
]
2010-02-19, 7:04 PM
Yanakı, yağlı, xətli və s. mətnlər.
Şriftin ölçüsünü verməyi öyrəndikdən sonra, şriftin stilinin təyin
olunmasının vaxtı gəlib çatdı. Bu dərsdə biz mətni yanakı, yağlı,
xətli, fiksə olunmuş, yuxarı və aşağı indeksli etməyi öyrənəcəyik.
İlk olaraq yağlı və yanakı mətnə baxaq:
<b> Yağlı mətn </b>
<i> Yanakı mətn </i>
Gördüyünüz kimi hər şey sadədir. Siz öz mətninizdə istədiyiniz yerdə bu
teqi istifadə edə bilərsiniz, burda mən "menim daha bir virtual dostum"
sözünü nişanlayacağam:
<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk sehifemdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify"> Men
hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev
sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim
shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler,
oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise
tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :)
</p>
</body>
</html>
İndi isə fiksə olunmuş sətirlətin növbəsidir. Bu necə fontdur? Bu eyni
enli hərflərdən ibarən fontdur. Onun üçün uyğun teq aşağıdakıdır:
<tt> fixed - fiksə olunmuş mətn </tt>
Mən onu bizim nümunəyə salmayacağam, çünki bizim nümunə özü fiksə edilmişdir.
Həmçinin <pre></pre> teqləri arasında yazılmış mətn formatlaşdırılmiş adlanır:
<pre></pre>
teqlərinin arasında yazılan mətnin özü də fiksə edilmişdir, lakin
burada böyük bir fərq var. O təkcə fiksə edilmiş deyil, həmçinin siz
onu bloknotda necə yığmısınizsa, o mətn məsafə dəqiqliyi ilə elə çıxır.
Bir mətnə bir neçə teq tətbiq oluna bilər:
<tt><b><i> mətn </i></b></tt>
Bizim nümunədə mətn fiksə edilmiş, yağlı və yanakıdır, siz də
başqa teqlərin üyğun kombinasiyalarını istifadə edib baxa bilərsiniz :)
Xətli mətn <u> teqinin köməkliyi ilə verilir:
<u> Xətli mətn </u>
<strike> və <s> teqləri mətnin pozulması üçün istifadə edilir, prinsipial olaraq bunlar arasında fərq yoxdur:
<strike> Pozulmuş </strike>
<s> Pozulmuş </s>
<big> teqi əsas mətnə nəzərən böyük, <small> isə kiçik şrift üçün istifadə edilir:
<small> Kiçildılmış </small>
Normal mətn
<big> Böyük </big>
"sup" və "sub" yuxarı və aşağı indeks üçün istifadə edilir. "sup" -
yuxarı, "sub" - aşağı. Onlar harda lazım ola bilər? Məsələn, müəyyən
bir H2O formulasının yazılması üçün.
Yuxarı indeks <sup> sup </sup>
Aşağı indeks <sub> sub </sub>
Standart şriftlər. Öz şriftini necə yazmalı.
Biz artıq sizinlə <font> teqinin "size" və "color" atributları
ilə tanış olduq. Bu başlıqda biz <font> teqinin "face" atributunu
öyrənməklə onunla tanışlığı sona çatdıracağıq. face-in köməkliyi ilə
biz şriftin tipini təyin edirik.
Öz mətninizə Arial şrifti vermək üçün növbəti konstruksiyanı daxil edin:
<font face="arial"> mətn (Arial şrifti)</font>
Bütün istifadəçilərin kompüterlərində olan standart şriftlər növbəti şriftlərdir:
Times;
Times New Roman;
Arial;
Helvetica;
Courier;
Verdana;
Tahoma;
Cosmic Sans;
Garamond
Siz heç nədən çəkinmədən onlardan hər birini istifadə edə bilərsiniz.
"face" atributunda bir dəfəlik bir neçə şrift istifadə edə bilərsiniz:
Bu halda əgər istifadəçinin kompüterində Arial şrifti yoxdursa, onda
mətn Verdana şrifti ilə görsənəcək, əgər Verdana da yoxdursa, onda
Courier şrifti ilə görsənəcək. Yəni ki, face atributunda biz vergül ilə
istifadəçinin brouzerinin ardıcıllıqla axtaracağı şriftlərin adlarnı
verə bilərik.
Bəzən oxucular özlərinin xüsusi şriftlərini istifadə etmək istəyirlər.
Bu mümkündür, lakin ola bilər ki sizin istifadəçilər onu görə
bilməsinlər. Yəni ki, bu şrift onların kompüterində olmaya bilər.
Əlbəttə siz öz istifadəçinizə sayt açılarkən xüsusi şriftinizi
kompüterinə yükləməyi təklif edə bilərsiniz. Amma ki, bəziləri bu
təklifdən vaz keçə bilərlər, istifadəçilərə sizin kaprizlərinizə görə
bir neçə artıq faylı öz kompüterinə yükləmək lazım olmaya bilər və
nəticədə sizin istifadəçi ekzotik şriftin əvəzinə digər şritfi görə
bilər. Bu da ki, çox qorxulu görsənə bilər.
Xülasə: Standart şriftlər toplusundan istifadə edin, onlar kifayət
qədərdir. Həm də sizin saytınızın gözəlliyi onun şriftinin tipindən
yox, saytın dizaynından asılıdır.
Həmçinin əgər siz öz xüsusi, eksotik şriftinizdə olan bir neçə mətni
saytınıza yerləşdirmək istəyirsinizsə, onda onu şəkil kimi edin (qrafik
redaktorda lazımı şriftlə mətninizi yazıb, onu şəkil kimi yadda
saxlayırsınız).