Baxın bizdə nə alındı. Çox da qəşəng deyil, elə deyilmi? Hər şey yaxşı
olardı, əgər mətn şəkil ilə bir cədvəldə olsaydı. Bunu öyrənmək üçün
növbəti dərsə keçək.
Şəkil ilə nə etmək olar. Şəkil sənədin fonu kimi və s.
Demək biz mətnlərin şəklin yanı ilə necə verilməsi sualını verdik. Belə
ki, mətn bütünlüklə şəklin yanında olsun. Bu çox sadə üsulla verilir.
Gəlin uyğunlaşmaq üçün istifadə edilən "align" atributunu yada salaq.
"align" atrubutu şəkillərdə də mövcuddur:
<img src="pr1.png" align="left">
Bu o deməkdir ki, şəkil ekranın sol tərəfində yerləşəcək, mətn isə sağ
tərəfdə yerləşəcək. Əksinə etmək üçün (yəni şəkil solda, mətn isə
sağda) isə onun yerinə "right" yazmaq lazımdır:
<img src="pr1.png" align="right">
Bu hamısı deyil: Mətn şəklin aşağı hissəsində (bu susmaya görədir) - (1), mərkəzində - (2), və yuxarısında - (3) yerləşə bilər:
(1) - <img src="pr1.png" align="bottom">
(2) - <img src="pr1.png" align="middle">
(3) - <img src="pr1.png" align="top">
<img> align atributundan başqa digər atributları da var:
(1) - <img src="pr1.png" Vspace="10">
(2) - <img src="pr1.png" Hspace="30">
(3) - <img src="pr1.png" alt="menim sheklim">
(4) - <img src="pr1.png" width="100">
(5) - <img src="pr1.png" height="200">
(6) - <img src="pr1.png" border="5">
İndi isə yuxarıdakı bölmələri araşdıraq.
1) "vspace" atributu - şəkil ilə mətn arasında məsafəni təyin edir
(şaquli xətt üzrə). Məsafə piksel ilə verilir (pixel - təsvirin ək
kiçik vahididir, nöqtədir. Məsələn, ekranın ölçüsü 800x600, 800-ün
600-ə olan nöqtələr). Bizim nümunədə məsafə 10 pikselə bərabərdir.
2) "hspace" atributu - yenə də mətnlə şəkil arasında məsafəni təyin
edir, lakin üfüqi xətt üzrə. Məsafə piksellərlə verilir, bizim nümunədə
bu 30 pikselə (nöqtəyə) bərabərdir.
3) "alt" atributu - şəklin qısa adı. Əgər siçanı (mouse) şəklin üzərinə
gətirsək və şəkil üzərində bir neçə saniyə saxlasaq, onda şəklin qısa
adı görunəcək. Bizim nümunədə bu "Mənim şəklim" frazası olacaq. Əgər
"alt" frazası olmazsa, onda heç nə yazılmayacaq. Lakin ağıllı adamlar
deyir ki, şəkilə ad qoymaq lazımdır (əsasən də əgər bu düymədirsə),
yəni ki, bəzi adamlar internetdə gəzərkən şəklin görünməsini yığırlar
və əgər "alt" parametri olmazsa, onlar hansı düymənin lazımlı olduğunu
bilmirlər.
4) "width" atributu - Şəklin özünün eni (piksellərlə). Əgər en
verilməzsə, onda o susmaya görə şəklin öz ölçüsünə bərabər olacaq.
5) "height" xassəsi - Şəklin özünün hündürlüyü (yenə də piksellərlə).
"width" xassəsindəki kimi burada da şəklin hündürlüyünü verməmək olar.
Yenə də ağıllı adamlar deyirlər ki, şəkillərin enini və uzununu vermək
lazımdır, yenə də həmin qrafikanı söndürən xüsusi adamlar üçün...
6) "border" atributu - Şəklin özünün ətrafının çərçivəsi (piksellərdə). Verməsəniz də olar.
Bütün atributlar eyni vaxtda bir-birinin ardı ilə verilə bilər,
qarışıqlıqdan qaçmaq üçün bunları bizim nümunədə göstərirəm. Bizim
şəkil üçün növbəti nümünəni göstərək:
<img src="pr1.png" align="left" hspace=30 vspace=5 alt="Mənim şəklim">
Bizim şəkil ekranın sol tərəfində yerləşəcək, mətn isə sağ
tərəfdə olacaq, mətnə məsafə üfüqi 30 piksel, şaquli isə 5 piksel
olacaq (yaxşı görunməsi üçün). Əgər siz siçanı şəkil üzərinə
gətirsəniz, onda oradan "Mənim şəklim" sözü çıxacaq.
|
|
|
<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk addimimdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify"> <img src="primtocodephoto.gif" align="left" HSPACE=30 VSPACE=5 alt="menim sheklim">Men
hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev
sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim
shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler,
oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise
tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :) <br><br> Shekilde
men tesvir olunmusham. Sheklin keyfiyyeti chox da yaxshi deyil,
teessuf, ona gore de menim uzume diqqetle baxmaq problem yaradir. Lakin
yene de gorunur ki, men yaxshiyam. <br><br>
Eger sen de bele fikirleshirsense, onda gel gorushek, bir az kafede
chay icherik, danishariq:) Kim bilir, belke biz real heyatda dost
olduq:) </p>
</body>
</html> (nümunə)
|
Növbəti addıma keçməmişdən qabaq, o biri atributları də istifadə edin,
bu atributlara ayrı-ayrı qiymətlər verin və görün nə alınacaq. Bu bölmə
böyükdür və həmçinin çox da sadə deyil:)
Biz mətni şəklin yanında necə düzgün yerləşdirməyi öyrəndik (+ digər
lazımi artibutlar), lakin şəklin özünü ekranın mərkəzində (sağ, sol)
yerləşdirməkdən danışmadıq. Burda hər şey çox sadədir, paraqlafları
(<p></p>) və ya danışdığımız mətnin digər uyğunlaşdırma
teqlərini yada salın, onlar təkcə mətni uyğunlaşdırmırlar (bizim
nümunədə, şəkil paraqraf daxilində mətn kimi yerləşdirilib).
Hə, şəkli fon eləmək haqqında danışmaq lap yadımdan çıxmışdı. Bu "body" teqinin açılan hissəsində yazılır:
<body text="#336699" bgcolor="#000000" background="sizin_fon.jpg">"background"
atributu fon şəklinin hansı qovluqda yerləşdiyini göstərir, bizim
nümunədə bu göstərir ki, fon şəkli sənəd olan qovluqda yerləşib.
"background" atributu olarkən nə üçün "bgcolor" atributunu saxlamaq
lazımdır? Təsəvvür edin ki, əgər şəkil yüklənməzsə, onda nə olacaq.