Rusiyanın Xantı - Mansiysk şəhərində şahmat üzrə Dünya kuboku uğrunda
yarışlar davam edir. Azərbaycan Şahmat Federasiyasından verilən
məlumata görə, 1/32 final mərləsinin cavab qarşılaşmalarında Vüqar
Həşimov çinli Jou Jiançaonu məğlub edib. İsveçrəli Vadim Milov üzərində
qələbə qazanan Şəhriyar Məmmədyarov da 1/16 finala vəsiqə qazanıb.
1/32 final mərhələsində təmsilçimiz Teymur Rəcəbov mübarizəni
dayandırmalı olub. T. Rəcəbov rusiyalı Konstantin Sakayevə məğlub olub.
1/16 final mərhələsində Şəhriyar Məmmədyarov çinli Van Xao
ilə üz üzə gələcək. Vüqar Həşimovun rəqibi isə Yannik Peletye (İsveçrə)
- Li Çao (Çin) görüşündə müəyyənləşəcək.