Türkiyədə
Diyarbəkir bölgəsinə bağlı Germik rayonunun Aşağıtaşmalı kəndində
yaşayan Bəkir Özkahraman həyətindəki su quyusundan su çıxararkən qəribə
hadisə ilə üzləşib.
Bəkir Özkahramanın iplə çəkdiyi vedrədə su əvəzinə bir neçə ilan olub.
İlanları
öldürdükdən sonra diqqətlə quyuya baxan Bəkir Özkahraman orada çoxlu
sayda ilanın olduğunu görüb və kəndliləri köməyə çağırıb. Kəndlilərin
köməyi ilə quyudan 148 ilan çıxarılaraq öldürülüb. İlanların
uzunluqları 30 santimetr - 2 metr arasında dəyişib. Öldürülən ilanları
yan-yana düzən kəndlilər şəkil də çəkdiriblər.
Bəkir
Özkahraman deyib ki, qorxudan quyuya yaxınlaşa və heyvanlarına su verə
bilmir. O bildirib ki, keçən il su quyusunun yaxınlığında qızı Gizəmi
ilan vurub: "İndi qızımın vəziyyəti yaxşıdır. Ancaq sabah vəziyyət necə
olacaq? Səlahiyyətli şəxslərdən xahiş etmişəm ki, su quyusunun ətrafı
və evim dərmanlansın”.