Sumqayıt şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib. Hadisə 38 saylı məktəbdə baş verib. Məktəbin direktoru Nadir Atakişiyevin ANS PRESS-in hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, xəstəxanaya aparılan uşaqların sayı 47 nəfər olub. Onlardan iki qızın vəziyyəti daha ağırdır. Zəhərlənənlər məktəbin 3-8-ci sinif şagirdələridir.
İlkin məlumata görə, şagirdlər "suxari"dən, yəni qurudulmuş çörəkdən zəhərləniblər. Məlumatlara görə, saxlama müddəti 2009-cu ilin may ayında bitmiş məhsulu məktəbin ərazisində “VAZ 2106” markalı avtomlbillə gələn 3 nəfər paylayıb.
Artıq polis şagirdlərə bu məhsulu paylayan şəxslərdən birini saxlaya bilib. Araşdırmalar nəticəsində bəlli olub ki, bu şəxslər “Slint” firmasının əməkdaşları olublar. Şəhər prokurorluğunda faktla bağlı araşdırma aparılır.
|