Yaranma tarixi - 08. 08. 1930
Ərazisi - 0,29 min kv. km
Əhalinin sayı – 27,2 min nəfər (1 yanvar 2007-ci il)
Əhalinin sıxlığı – 1 kv. km 94 nəfər (1 yanvar 2007-ci il)
Kəndlərin sayı - 31
İri və orta muəssisələrin sayı - 12
Umumtəhsil məktəblərinin sayı - 25
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 5
Xəstəxanalar və tibb muəssisələrinin sayı - 2
Mədəniyyət ocaqlarının sayı - 70
Şuşa rayonu ilə Bakı arasında olan məsafə - 373 km
Rayon 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal edilmişdir.
Məktəbəqədər uşaq muəssisələrinin sayı – 7
ƏHALİNİN SAYI
(1999-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında)
Şuşa Şəhərinin Tarixi Haqqında Qısa Məlumat
Ətraf səfalı meşələr, sərin bulaqlar, havası uşaq məsun qəlbi kimi pak
olan Şuşanın yaşı cox deyilsə də tarixi bir şəhərdir. Şuşa şəhərinin
binasını Qarabağlı Pənah xan qoymuşdur. Pənah xan 1693-cu ildə Cavanşir
elinin Sarıcalı oymağında anadan olmuşdur. Pənah xan gənc yaşlarından
İran şahı Nadirin ordusunda xidmət edərək qəhrəmanlıqla ad cıxarmışdır.
Onun igidliyini nəzərə alan Nadir şah Pənah xanı ordularından birinə
sərkərdə təyin etmişdir. Lakin, Pənah xanın paxıllığını cəkən saray
əyanları Nadir şahı inandırdılar ki, guya Pənah xan şahı oldurub İran
taxtına sahib olmaq istəyir. Nadir şah bu yalan xəbərə inanıb Pənah
xanın qardaşını oldurur. Vəziyyəti belə gorən Pənah xan şah sarayından
qacır.
1747-ci ilin iyunun 19-da saray cəkişmələri nəticəsində Nadir şah Əfşar
oz cadırında xaincəsinə olduruldu. Nadir şahın olumundən sonra İran
dovləti parcalanır. Bu vaxt Azərbaycanda Gəncə, Şəki, Şirvan, Bakı və
başqa xanlıqlar yaranır. Pənah xan da Qarabağda Cavanşirlər, Otuzikilər
və s. turk tayfalarının koməyi ilə Qarabağ xanlığının əsasını qoydu.
Pənah xan İran tərəfdən gec-tez Qarabağ xanlığına hucum ediləcəyini
duşunub alınmaz bir qala tikməyi qərara aldı. Belə bir qala yeri tapmaq
ucun xanın bir necə nəfər bilici və məlumatlı adamı dağ silsilələrini
gəzib indiki Şuşa şəhərinin yerləşdiyi yeri tapırlar.
Beləliklə 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, uca dağ qoynunda
yeni qalanın bunovrəsi qoyuldu. Pənah xan Təbriz, Ərdəbil və başqa
şəhərlərdən məşhur ustalar gətirtdi və hasarın icərisində yeni binalar
və ozu ucun saray tikdirdi.
Pənah xan qalanın Şimal və Şərq hissəsini yuksək hasar ilə əhatə
etdirdi. Qalanın «İrəvan» və «Gəncə» adlı iki mohkəm qapısı var idi.
Qapılar səhərlər acılar, axşamlar isə bağlandıqdan sonra kimsə şəhərə
buraxılmazdı. Yerli əhali şəhəri Pənah xanın şərəfinə olaraq
«Pənahabad» adlandırdılar. Bu ad ilə də o dovrdə Azərbaycan xanları
arasında birinci dəfə olaraq 15 qəpik qiymətində gumuş pul kəsilməyə
başladı.
Bəzi tarixcilərin dediyinə gorə Şuşa şəhəri hundur qayalıqlar uzərində
yerləşdiyindən, şəhərin adı da elə buradan - Şiş, uca sozundən
goturulub.
Deyilənə gorə Ağa Məhəmməd Şah Qacar Şuşanı muhasirədə saxladığı dovrdə
qasidlə İbrahim xana belə bir məktub gondərir: «Fələyin mancanağından
fitnə dağı yağırkən, sən axmaqcasına Şişə icərisində qərar tutmusan».
İbrahim xan isə Vaqifin vasitəsilə Qacara belə bir cavab yazır: «Əgər
məni himayə edən mən tanıdığımdırsa (yəni Allahdırsa) şişəni daşın
fəsadından qoruyacaqdır».
Pənah Əli xanın olumundən sonra oğlu İbrahim Xəlil xan 1760-cı ildən
1806-cı ilədək Qarabağın hakimi oldu. 1795-ci ildə İran şahı Ağa
Məhəmməd şah Qacar Şuşanı işğal etmək məqsədilə yaxın qohumu Suleyman
xanın komandası altında Şuşa şəhərinə 8 minlik ordu gondərdi. Suleyman
xan Şuşa ətrafında boyuk məğlubiyyətə ducar olaraq 20 nəfərlə guclə
canını qurtardı.
Bu hadisədən bir qədər sonra, yəni 1795-ci ilin avqust ayında Ağa
Məhəmməd şah Qacar 85 minlik ordu ilə Xudafərin korpusu ilə Araz cayını
kecərək Şuşa uzərinə hucuma kecdi. İbrahim xan şəhərin mudafiəsinə ozu
rəhbərlik edirdi. O, az bir vaxt icərisində 15 min nəfərlik qoşun
toplaya bilmişdi. Ağa Məhəmməd şah Şuşaya yaxınlaşaraq onu uzuk qaşı
kimi muhasirəyə almışdı. Fransız zabitlərinin komandanlıq etdiyi duşmən
topları Şuşanı 30 gun atəşə tutdu. Qacarın qoşunu şəhərə bir necə dəfə
hucuma kecdi, nə duşmən toplarının dolu kimi yağdırdığı mərmiləri nə
də, sərbazların nizələri şəhərin istehkamlarını dağıda bilmədi. Ağa
Məhəmməd şah şəhəri 33 gun muhasirədə saxladısa da xalqın iradəsini
qıra bilmədi.
1797-ci ilin yazında Ağa Məhəmməd şah 100 minlik ordu ilə yenidən Şuşa
uzərinə hərəkət etdi. Bu dovrdə Qarabağın vəziyyəti cox ağır idi. 2
ildən bəri davam edən muharibə əhalini ağır vəziyyətə ducar etmişdi.
İbrahim xanın qoşunu aclığa davam etmir, qacıb dağılırdı. Belə bir
vəziyyətə ducar olan İbrahim xan oz ailəsi və yaxın qohumları ilə
birlikdə Avar hakimi Umma xanın yanına getdi.
Qala başlı-başına buraxıldığından Ağa Məhəmməd şah hec bir muqavimətə
rast gəlmədən şəhərə daxil oldu. Elə həmin gecə 12 may 1797-ci il
tarixdə şah oz qapıcısı Səfərəli bəy və xidmətcisi Abbas bəy tərəfindən
olduruldu. Bu hadisədən sonra İran ordusu Qarabağdan geri cəkildi. 2 ay
sonra isə İbrahim xan yenidən Şuşaya qayıdır. 1806-cı ilin 2 iyun
tarixində gecə mayor Lisanovicin dəstəsi İbrahim xanın yaşadığı mənzilə
gəlir və İbrahim xan bir necə ailə uzvu və yaxın adamları ilə birlikdə
qətlə yetirir.
XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi,
iqtisadi və mədəni inkişafında muhum rol oynamışdı. Həmin vaxtdan
etibarən Şuşa ticarətinə sənətkarlığın və mədəniyyətin inkişafına və
əhalisinin coxluğunda gorə Azərbaycanda birinci və Zaqafqaziyada isə
Tiflisdən sonra ikinci şəhər sayılırdı. Təsadufi deyildi ki, o dovrdə
Şuşaya «Bala Paris» adı vermişdilər.
Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf
etməsi, həm də şəhərin fusunkar coğrafi movqeyi buranın uzun muddət
Azərbaycanın elm, poeziya, xususilə musiqi mədəniyyəti mərkəzi olmasına
boyuk təsir gostərmişdir. Azərbaycan xalqının mədəniyyət tarixində ilk
dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi,
elm, maarif və bir cox sənət məclisləri, bundan əlavə mətbəə,
kitabxana, «Realnı» uciliş, «Qorodskoy» uciliş, seminariya və bir sıra
mədəni maarif muəssisələri Şuşada yaranmışdır. Şuşada ilk teatr
tamaşaları 1848-ci ildə gostərilmişdir. O zaman teatrda Mirzə Fətəli
Axundovun komediyaları oynanılırdı.
Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Şuşa sağlamlıq
şəhəri, istedadlar məskənidir. Şuşanın Azərbaycana verdiyi istedadları
hec bir şəhər verməmişdir. Azərbaycan Respublikası Elmlər
Akademiyasının topladığı məlumata gorə XIX əsrdə Şuşada 95 şair, 22
musiqişunas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nusvəxənd, 5
astronom, 18 memar, 16 həkim, 42-yə qədər muəllim və s. olmuşdur.
Lakin tarixcilərin dediklərinə gorə bu ad sonralar oz əhəmiyyətini itirərək şəhər «Şuşa Qalası» adlandırılmışdır.
1813-cu il oktyabrın 12-də Qarabağın Gulustan kəndində İran şahı ilə
Rusiya arasında sulh muqavilənaməsi bağlandı. Həmin sulhun şərtlərinə
gorə İran hokuməti bir necə xanlıqlarla bərabər mərkəzi Şuşa şəhəri
olmaqla Qarabağ xanlığının Rusiya hakimiyyəti altında qalmasını təsdiq
etdi.
XX əsrdə Şuşanın bir kurort şəhəri kimi inkişafında Azərbaycan xalqının
umummilli lideri Heydər Əliyevin boyuk əməyi olmuşdur. Belə ki, H.
Əliyev Azərbaycan KP MK-nin birinci katibi təyin olunduqdan sonra
Şuşanın inkişafı ilə əlaqədar bir sıra qərar və sərəncamlar
imzalamışdır ki, (Azərbaycan AP MK və Azərbaycan Nazirlər Sovetinin 360
nomrəli 4 noyabr 1976-cı il tarixli «Şuşa şəhərində kurort kompleksinin
daha da inkişaf etdirilməsi sahəsində tədbirlər haqqında» qərarı,
Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280
nomrəli «Bakı şəhərində «İcəri şəhər»in və Şuşa və Ordubad şəhərlərinin
tarixi hissələrinin tarix-arxitektura qoruqları elan edilməsi haqqında»
qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr 1981 - ci il
tarixli 629 nomrəli «Şuşa şəhərində Şəkil Qalereyasının yaradılması
haqqında» sərəncamı, Azərbaycan KP MK-nin və Azərbaycan Nazirlər
Sovetinin 01 noyabr 1978-ci il tarixli 413 nomrəli «1981-1985-ci
illərdə gorkəmli inqilabcılara, partiya, dovlət xadimlərinə və ictimai
xadimlərə və mühüm tarixi hadisələrə həsr olunmuş abidə və obelisklərin
qoyulması sahəsində işlərin başa catdırılması haqqında» Azərbaycan SSR
Nazirlər Sovetinin 31 iyul 1978-ci il tarixli 279 nomrəli sərəncamı)
bunlar da şəhərin sosial-iqtisadi və mədəni inkişafında muhum rol
oynamışdır.
Lakin bədnam qonşularımız olan erməni millətcilərinin təhriki ilə
erməni-rus birləşmələri tərəfində 1992-ci il mayın 12-də Şuşanın işğalı
zamanı üç əsr ərzində şəhərdə ucaldılmış tarixi-memarlıq incəsənət və
dini abidələr darmadağın edilmiş, şəhər xarabazara cevrilmişdir.
Müharibə dövründə 197 şuşalı şəhid olmuş, 300 nəfər isə muxtəlif
dərəcələrdə xəsarət alaraq əlil olmuşlar.
Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri haqda məlumat
«Şuşa» qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dovrdə qəzet
Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı olaraq «Kolxoz
Bayrağı» adı altında nəşr olunmuş, 1969-cu ildən isə «Şuşa» qəzeti
adlanmışdır. Qəzet hal-hazırda Bakı şəhərində fəaliyyət gostərir.
«Şuşa» radiosu və «Şuşa» televiziyası Şuşanın işğalı ilə bağlı fəaliyyətlərini dayandırmışlar.
Avtomobil, dəmir yolları haqda məlumat
Rayonun ərazisindən 77 km uzunluğunda III dərəcəli, 34 km uzunluğunda IV dərəcəli yollar keçir.
Şuşa Şəhərinin İşğalı
Azərbaycanın Şuşa şəhərinin işğalından 18 il ötür. 8 may 1992-ci ildə
Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin
işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya
zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra
düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum
Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli
texnikasının dəstəyilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş
sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq
Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə
edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar.
Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən
özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi
bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı
əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.
Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda
İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət
başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş
imzalamışdı.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552
körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi
abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik
turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.
Ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisi müxtəlif müalicə
əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklərlə zəngindir.
Qafqazın ən iri mineral bulaqlarından sayılan Turşsu və Şırlan məhz bu
ərazidə yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, Şuşada ümumi
ehtiyatı 1143 min kubmetr olan və işğala qədər istismara cəlb edilən
Şuşa üzlük daşı yatağı, 397 min kubmetr kərpic-kirəmid istehsalına
yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min kubmetr/gün
olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min
kubmetr/gün mineral su yataqları var. 1988-ci ildə Şuşa və Əsgəran
ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən
Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci
ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib...