Mütəxəsislər yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün 9 sadə, yalnız mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər.
1) Açar, eynək kimi əşyalarınızı hara
qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların
qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə
adət etdirin.
2)Həmişə qeydiyyat aparın. Xüsusilə
telefon nömrələrini və ya digər yazılı şeyləri yadda saxlamaqda əziyyət
çəkən şəxslərin qeydiyyat aparmaları çox mühümdür. Yazdığınızı kağızları
daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə
vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək.
3) Yadınızdan tez-tez çıxan şeyləri
yüksək səslə söyləyin. Məsələn öz-özünüzə "Qazı bağladım" deyin. Bu sizə
daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul
tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı
olacaq.
4) Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səs yazan diktafonlar ola bilər.
5)Vizual obrazlardan istifadə edin. Bir
nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı
ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı
yaddınızda saxlayın.
6) Xatırlanması lazım olan məlumatları
qruplaşdırın. Məsələn; siyahıda olan adları qısa şəkilə salın. Və ya
bəzi texnikalar vardır ki, həmin texnikalara istədiyin məlumatın baş
hərfini yazdıqda həmin məlumatı sənin üçün hazırlayır. Bundan əlavə,
məlumatları hekayələrlə yadda saxlamaq da bu kateqoriyaya aiddir.
7) İstirahət edin və əsəblərinizin sakit
olmasına çalışın. Bir çox ekoloji faktorlar diqqətinizi dağıda bilər.
Yeni bir məlumat öyrəndikdən sonra həmin məlumatı yaddınızdan çıxardan
faktorlaran uzaq olun.
8)Yuxu rejiminizə diqqət edin. Yuxu
əsnasında beyin, əldə etdiyinizi yeni məlumatları gücləndirir.
Araşdırmalara görə, normal gecə yuxusunda sonra insanlar əvvəlki
məlumatları daha rahat xatırlayırlar.
9) Ən sonda, əgər bu deyilənlər sizin
köməyinizə çatmasa, onda dərhal həkimə müraciət edin. Depressiya, eşitmə
və görmə problemi, bəzi dərmanlar, vitamin çatışmazlığı və stress kimi
hallar yaddaşsızlığa səbəb olan amillərdəndir.