Bakının Nizami rayonunda 75 yaşlı qocanı avtomobillə vuraraq qaçan sürücü tutulub.
Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2106" markalı avtomobilin
sürücüsü 23 yaşlı Vicdan Vəliyev saxlanılıb.
Xatırladaq ki, 75 yaşlı Qurban İbrahimov ötən gecə Babək prospektində vurulub.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və
nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəbolma) və 264-cü (yol nəqliyyat hadisəsi
yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.