Alətlər lövhələri.
Əgər menyu sətri əmrlər toplusundan ibarətdirsə, alətlər lövhəsi üfüqi istiqamətdə yerləşən düymələrdən ibarətdir. Düyymələrin üzərində olan şəkillər onların funksiyasını təsvir edir.
Alətlər lövhəsindən düymənin ləğv edildməsini araşdıraq. Bunun üçün Standart "Standard" alətlər lövhəsində Digər düymələr "More Buttons" düyməsini basın. Beləliklə ekranda digər düymələr menyusu yaranacaq. Düymənin əlavə edilməsi və ya ləğvi əmrini "Add or remove Buttons" seçin. Hiperəlaqə "Hyperlink" sahəsində mausu basaraq həmin düyməni ləğv edin. Beləliklə Hiperəlaqə "Hyperlink" düyməsi Standart "Standard" alətlər lövhəsindən ləğv ediləcək.
Alətlər lövhəsinə hər hansı düymənin əlavə edilməsindən əvvəl ekrana düymənin əlavə ediləcəyi alətlər lövhəsini gətirmək lazımdır. Bunun üçün Görünüş "View" menyusunda Alətlər lövhəsi "Toolbars" əmrini və sonra müvafiq alətlər lövhəsini seçin. Beləliklə ekranda göstərdiyiniz alətlər lövhəsi yaranacaq.
Görünüş "View" menyusunda alətlər lövhəsi "Toolbars" əmrini seçin, sonra Sazlama "Customize" əmrini basın. Ekranda eyni adlı dialoq pəncərəsi yaranacaq. Əmrlər (Commands) səhifəsinə keçin. Müvafiq kateqoriyanı "Categories" seçin.
Əmrlər "Commands" pəncərəsində düymə kimi təsvir edəcəyimiz əmri qeyd edin. Seçdiyiniz əmri mausun köməkliyilə ekrana çıxardığımız lövhənin istənilən yerinə gətirin. Beləliklə, biz müvafiq alətlər lövhəsinə lazımi düyməni əlavə etdik.
Sənədin yaradılması.
Boş sənədin əvvəlində kursor adlanan şaquli xətt yerləşir. Kursor klaviaturadan daxil ediləcək simvolun ekranda mövqeyini göstərir. Qeyd etmək lazımdır ki, sənədin istənilən hissəsində mausun düyməsini 2 dəfə basmaqla kursorun mövqeyini seçmək olar. "İlk Addımlar" sözlərini daxil et.
Sözlər arası boşluğun yaradılması üçün Spacebar klavişini basın. Uzun sətirlərin çapı zamanı Enter-i basmağa ehtiyac yoxdur. Növbəti sətrə keçmək üçün cümlənin ardını yazmaq lazımdır yəni "müasir kompüter texnologiyaları dünyasına qapı açır". Enter klavişini basmaqla növbəti abzasa keçirik.
Mətnin daxil edilməsi zamanı hər zaman səhvlərə yol verilir. Worddə bu kimi səhvləri "Delete" və "Backspace" klavişlərinin köməyilə aradan qaldırmaq olar.
Kursordan sağdakı simvolların silinməsi "Delete" klavişinin, kursordan soldakı simvolların silinməsi isə "Backspace" klavişinin köməkliyilə yerinə yetirilir.
Sənədin yadda saxlanılması.
Sənədin sonrakı istifadələri üçün onu mütləq yadda saxlamaq lazımdır. Bunun üçün həmin fayla ad verib, onu sərt, yumşaq və ya şəbəkə diskində yadda saxlamaq lazımdır.
Sənədin ilkin yadda saxlanılması zamanı onun adının və saxlanılacağı yerin göstərilməsi vacibdir
Fayl menyusunu açın. Açılmış menyuda hansı adla yadda saxlamaq "Save As" əmrini seçin. Beləliklə ekranda hansı adla yadda saxlamaq "Save As" dialoq pəncərəsi yaranacaq. Harda yadda saxlamalı "Save in" sahəsində oxu basın və açılmış siyahıdan sərt diski seçin.
Açılmış qovluq siyahısında lazımi qovluğun adında mausun sol düyməsini 2 dəfə basın.
Faylın adı "File Name" sahəsində verilənləri qeyd edin və faylın adını daxil edin.
Faylın yadda saxlanılması prosesini tamamlamaq üçün Yadda saxlamaq "Save" düyməsini basın.
|