Yeraltı təkanların gücü 8,8 bal təşkil edib, insan tələfatı, böyük dağıntı var.
«Sky News» xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. Meteorolqlar yaxın vaxtlarda yeni yeraltı təkanların olacağını proqnozlaşdırır. Mütəxəssislərin bildirdiyinə görə, qarşıdakı 1 ay ərzində 7 bal civarında təkanların bir-birini əvəzləməsi mümkündür.
Məlumata görə, hazırda Tokioda 14 böyük sənaye obyekti yanır. Paytaxtda xeyli sayda yaşayış evini də alov bürüyüb. «Cosmo oil» neft şirkətinə məxsus neft anbarında güclü partlayış baş verib. Anbar alışıb. Şəhərdə rabitə tam kəsilib.
Zəlzələ nəticəsində ən azı 200 nəfərin xəsarət aldığı, 1 nəfərin öldüyü bildirilir. Amma rəqəmlərin dəyişməsi mümkündür.
ABŞ-ın geoloji xidməti bildirir ki, bu, Yaponiyada 1900-cu ildən indiyədək olan dövrdə baş vermiş ən güclü 5-ci zəlzələdir. Onların ən güclüsü 1960-cı ildə 9,5 bal gücündə olub.
«Azadlıq» radiosunun məlumatına görə, zəlzələ ilə əlaqədar Rusiya Kuril adalarında sunami təhlükəsinin olduğunu bəyan edib. Onun yaxın dəqiqələrdə başlaya biləcəyi bildirilir.
Üstəlik, Kamçatkada eyni vaxtda 3 vulkan oyanıb. Eyni vaxtda püskürən vulkanlar getdikcə güclənir.
Artıq zəlzələnin baş verdiyi bölgədə hündürlüyü 10 metrə çatan sunami başlayıb. Sunami onlarla maşını aparıb, saysız-hesabsız ev dağılıb.
Yaponiya Müdafiə Nazirliyi zəlzələnin dağıtdığı rayonlara vertolyotlar göndərir. Seysmoloqlar bildirir ki, əvvəlcə yeraltı təkanın 7,4 bal gücündə olduğu bildirilsə də, onun 8,8 bal təşkil etdiyi məlum olub. Bu, Yaponiyada son 7 ildə qeydə alınmış ən güclü zəlzələdir.
Son məlumata görə, sunami Senday limanına çatıb. Şəhərdə çoxlu sayda insan həlak olub. Bəzi yaşayış məntəqələri yer üzündən silinib.
Yaponiyada 7,9 bal gücündə zəlzələ baş verib. Məlumata görə, güclü yeraltı təkanlar Tokioda hiss edilib.
Hökumət sunami təhlükəsi elan edib. "Frans Press” agentliyinin məlumatına görə, paytaxtda qismən evakuasiya aparılır. Lakin bunun rəsmi təsdiqi hələlik yoxdur. Tələfat və dağıntı barədə məlumat verilmir.