Yaşamağım üçün qan verərsən? (Qanvermə aksiyasına sən də qoşul!)
[
]
2010-12-09, 9:33 PM
Qan Donorları Assosiasiyası İctimai Birliyi irisi qan
xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə kömək məqsədi ilə
11 dekabr saat 11:00-da Mərkəzi Qan Bankında qanvermə aksiyası
keçirməyi planlaşdırır.
"Məhərrəmlik ayındayıq və insanlar aşurə gününü səbirsizliklə
gözləyirlər ki, qanvermə aksiyasında iştirak etsinlər. Mən insanları
xeyirxahlıq etmək üçün yalnız təyin olunmuş bir gün seçməməyə və bunu
daim etməyə çağırıram”. Bu sözləri Qan
Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib.
Aksiyanın məqsədi gənclərin könüllü qanverməyə cəlb olunması və qan
xəstələrinin qana olan tələbatının az miqdarda da olsa ödənilməsidir.
Bildiyimiz qədər hər il aşurə günündə islam dininə dəyər verən bacı
qardaşlarımız keçirilən qanvermə aksiyasənda yaxından iştirak edirlər.
Hətta bəzən kütlənin çox olması ilə əlaqədar bu bir neçə gün davam
etdirilir. Bəzən götürülən qanların təlabatdan da çox olurması öz
növbəsində digər problemlərə yol açır. Bu məqsədlə də aşurə gününə
qədər bir neçə aksiyanın keçiriləməsi planlaşdırılır. Bu kömək
edəcəkdir ki, qan xəstlərinin qandan istifadə müddəti uzansın.
Qan Donorları Assosiasiyası insanları "Yaşamağım üçün qan verərsən ?”
devizi altında keçiriləcək qanvermə aksiyasına yaxın qohumları və
dostları ilə birgə qoşulmağa dəvət edir.