Bakı
və Abşeron yarımadasında fevralın 11-dən sonra havanın buludlu, arabir
yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi
əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosunun baş hidroloqu APA-ya verdiyi məlumata görə, havanın
temperaturu gündüz 2-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.
Fevralın
12-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta,
gündüz 1-3 dərəcə isti olacaq.
Fevralın 13-də havanın
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən
kəsiləcək. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq
küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1
dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq.
Fevralın
14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər yarımadanın
bəzi yerlərində havanın çiskinli, yağıntılı olacağı ehtimalı var. Cənub
küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 4-6
dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın
12-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar
yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında yağıntının intensiv
olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu
gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12
dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
Fevralın
13-14-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar
yağacağı gözlənilir. Fevralın 13-də gecə ayrı-ayrı şərq rayonlarında
intensiv olacağı ehtimalı var. Fevralın 13-də gündüz qərb rayonlarında,
fevralın 14-də gündüz isə şərq rayonlarında tədricən kəsiləcək.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta,
gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-3
dərəcə şaxta olacaq. Bəzi ərazilərdə yolların buz bağlayacağı
gözlənilir.